Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2005-ci il 22 mart tarixli 50 nömrəli, “Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında2006-cı il 17 iyun tarixli 149 nömrəli, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 15 fevral tarixli 36 nömrəli, “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 1 iyul tarixli 128 nömrəli və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 23 dekabr tarixli 240 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı 

№ 128        

         Bakı şəhəri, 28 mart 2019-cu il

 

 “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 257; 2006, № 1, maddə 59; 2007, № 9, maddə 922; 2009, № 10, maddə 846; 2010, № 11, maddə 1039; 2011, № 5, maddə 442; 2013, № 6, maddə 760; 2015, № 9, maddə 1074, № 12, maddə 1595; 2016, № 3, maddə 612, № 6, maddə 1225, № 10, maddə 1728; 2017, № 9, maddə 1746, № 12 (II kitab), maddə 2541; 2018, № 7                (II kitab), maddə 1164, № 9, maddə 1941) ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 4.14-cü bəndində “, maliyyə və statistik uçotu” sözləri “uçotunu” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 576; 2008, № 6, maddələr 584, 586; 2010, № 6, maddə 566, № 11, maddə 1039; 2013, № 6, maddələr 741, 763; 2016, № 3, maddə 577, № 9, maddə 1580; 2017, № 2, maddə 322; 2018, № 2, maddə 346) ilə təsdiq edilmiş “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 6.1-ci bəndinin birinci cümləsində “, maliyyə və statistik uçotu” sözləri “uçotunu” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 156; 2013, № 6, maddə 766; 2014, № 5, maddə 575; 2016, № 3, maddə 580, № 4, maddə 792; 2017, № 8, maddə 1613) ilə təsdiq edilmiş “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 5.3-cü bəndində “mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 128 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 694) ilə təsdiq edilmiş “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın 1.9.3-cü və 1.9.4-cü yarımbəndlərində “mühasibat” sözü “maliyyə” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 dekabr tarixli 240 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1121; 2012, № 9, maddə 918; 2014, № 6, maddə 747, № 9, maddə 1125; 2016, № 3, maddə 581; 2017, № 10, maddə 1882; 2018, № 3, maddə 591) ilə təsdiq edilmiş “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 5.5-ci bəndindən “mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən” sözləri çıxarılsın.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 30 mart.- S.8.