Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 41 nömrəli və “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

 

¹ 136

 Bakı şəhəri, 29 mart 2019-cu il

 

Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1375-VQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 443 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 197; 2003, ¹ 6, maddə 342; 2006, ¹ 9, maddə 822, ¹ 11, maddə 989; 2008, ¹ 2, maddələr 116, 125, ¹ 9, maddə 853, ¹ 10, maddə 928; 2009, ¹ 6, maddə 491; 2010, ¹ 8, maddə 764; 2011, ¹ 6, maddə 566; 2012, ¹ 1, maddə 36, ¹ 5, maddə 488, ¹ 12, maddə 1352; 2013, ¹ 5, maddə 576, ¹ 7, maddə 876, ¹ 8, maddə 998, ¹ 10, maddə 1211, ¹ 11, maddə 1463; 2016, ¹ 4, maddə 778, ¹ 5, maddə 965; 2017, ¹ 2, maddələr 276, 299, ¹ 5, maddələr 978, 982; 2018, ¹ 5, maddə 1120, ¹ 11, maddə 2443, ¹ 12 (II kitab), maddə 2737; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 yanvar tarixli 10 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”nin 1.3-cü bəndinin dördüncü cümləsinə “Nazirliyi” sözündən sonra “, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 745; 2010, ¹ 11, maddə 1041, ¹ 12, maddə 1125; 2011, ¹ 4, maddə 372; 2013, ¹ 8, maddə 1025, ¹ 12, maddə 1629; 2014, ¹ 7, maddə 945, ¹ 8, maddə 1014; 2016, ¹ 2 (II kitab), maddə 354, ¹ 3, maddə 592, ¹ 4, maddələr 779, 804, 817, ¹ 5, maddə 964; 2017, ¹ 4, maddələr 633, 650, ¹ 5, maddə 980, ¹ 8, maddə 1609; 2018, ¹ 4, maddə 806, ¹ 5, maddə 1107, ¹ 7 (II kitab), maddə 1625, ¹ 9, maddə 1920, ¹ 10, maddə 2175, ¹ 11, maddələr 2443, 2444; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 yanvar tarixli 17 nömrəli və 7 mart tarixli 81 nömrəli qərarları) ilə təsdiq edilmişAvtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 3.3-cü bəndinin dördüncü cümləsinə “Nazirliyi” sözündən sonra “, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi” sözləri əlavə edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 31 mart.-S.6.