Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Məcburi dövlət
sosial sığortası üzrə ödəmələrin və
əmək qabiliyyətini müvəqqəti itirmiş
işçilərə sığortaedənin vəsaiti
hesabına ödənilən müavinətin hesablanması və
ödənilməsi haqqında Əsasnamə”nin təsdiq
edilməsi barədə” 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli,
“Vətəndaşlıq vəziyyəti aktlarının
dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi
haqqında” 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli,
“Dövlət büdcəsinin, büdcədənkənar
dövlət fondları büdcələrinin tərtibi,
icrası və icrasına nəzarət üzrə əməliyyatların
əlaqələndirilməsinə dair Tədbirlər
planı”nın təsdiq edilməsi haqqında” 2004-cü il 12
iyul tarixli 93 nömrəli, “Mərkəzi icra hakimiyyəti
orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən
yaradılan publik hüquqi şəxslər tərəfindən
konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları”nın və “Elektron xidmət növlərinin
Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il
24 noyabr tarixli 191 nömrəli və
“Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29
dekabr tarixli 616 nömrəli qərarlarında dəyişikliklər
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 190
Bakı şəhəri,
26 aprel 2019-cu il
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 596; 2000, ¹ 10, maddə 764; 2001, ¹ 3, maddə 214; 2003, ¹ 6, maddə 342; 2005,
¹ 7, maddə 661, ¹ 9, maddələr 857, 858,
¹ 12, maddə 1244; 2006, ¹ 1, maddə 58, ¹ 3, maddə 291, ¹ 4, maddə 370, ¹ 9, maddələr 819, 821, ¹ 10, maddələr 902, 903; 2007, ¹ 2, maddələr 185, 188, ¹ 5, maddə 544; 2008, ¹ 2, maddələr 114, 129, 130, ¹ 9, maddə 853; 2009, ¹ 10, maddə 857; 2010, ¹ 3, maddələr 263, 264, ¹ 8, maddə 763, ¹ 12, maddə 1123; 2011, ¹ 5, maddə 449, ¹ 7, maddə 742; 2012, ¹ 2, maddə 180, ¹ 7, maddə 773; 2014, ¹ 4, maddə 459; 2016, ¹ 7, maddə 1343, ¹ 11, maddə 1973; 2017, ¹ 4, maddə 610, ¹ 5, maddə 995, ¹ 9, maddə 1728, ¹ 10, maddə 1913, ¹ 12 (II kitab), maddə 2548; 2018, ¹ 6, maddə 1348, ¹ 9, maddə 1903, ¹ 11, maddə 2458, ¹ 12 (II kitab), maddə 2736) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 25-ci hissəsinin yeddinci abzasının birinci cümləsində “sığortaçıya” sözü “Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 627; 2005, ¹ 7, maddə 678; 2006, ¹ 2, maddə 185, ¹ 4, maddə 378, ¹ 5, maddə 470, ¹ 9, maddə 819, ¹ 10, maddə 902; 2007, ¹ 5, maddə 546, ¹ 10, maddə 1026; 2008, ¹ 2, maddə 114; 2010, ¹ 7, maddə 700; 2011, ¹ 7, maddə 737; 2012, ¹ 2, maddə 178, ¹ 11, maddələr 1203, 1212, ¹ 12, maddə 1359; 2013, ¹ 3, maddə 348, ¹ 5, maddə 580; 2014, ¹ 5, maddə 554, ¹ 8, maddə 1005; 2015, ¹ 5, maddə 669; 2016, ¹ 2 (II kitab), maddə 389, ¹ 7, maddə 1343, ¹ 9, maddə 1585, ¹ 11, maddə 1976; 2017, ¹ 7, maddə 1499, ¹ 12 (II kitab), maddə 2525; 2018, ¹ 12 (II kitab), maddə 2760) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.18-ci bəndinə “Nazirliyinə” sözündən sonra “və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1072, ¹ 12, maddə 1247; 2012, ¹ 1, maddə 40, ¹ 3, maddə 256, ¹ 10, maddə 1016, ¹ 11, maddə 1207; 2013, ¹ 6, maddələr 745, 757, ¹ 7, maddə 868, ¹ 8, maddələr 1005, 1018, ¹ 11, maddə 1466, ¹ 12, maddə 1639; 2014, ¹ 1, maddə 69, ¹ 2, maddələr 191, 201, 207, ¹ 3, maddələr 307, 317, ¹ 4, maddə 449, ¹ 5, maddə 560, ¹ 6, maddələr 733, 747, ¹ 7, maddələr 920, 953, ¹ 10, maddələr 1287, 1319, ¹ 11, maddələr 1505, 1506, ¹ 12, maddə 1656; 2015, ¹ 1, maddə 71, ¹ 4, maddə 465, ¹ 5, maddə 609, ¹ 6, maddə 790, ¹ 7, maddə 893, ¹ 11, maddələr 1415, 1421, ¹ 12, maddə 1573; 2016, ¹ 2 (II kitab), maddələr 367, 384, ¹ 4, maddələr 774, 830, ¹ 5, maddə 955, ¹ 7, maddələr 1340, 1355, 1358, ¹ 8, maddələr 1446, 1448, ¹ 9, maddə 1578, ¹ 11, maddə 1928, ¹ 12, maddələr 2219, 2233; 2017, ¹ 2, maddə 277, ¹ 4, maddə 624, ¹ 5, maddələr 972, 986,
¹ 6, maddə 1247, ¹ 7, maddələr 1479, 1484, ¹ 9, maddələr 1720, 1725, 1754, ¹ 10, maddələr 1898, 1926, 1930, ¹ 11, maddələr 2162, 2180; 2018, ¹ 3, maddə 620, ¹ 4, maddə 835, ¹ 5, maddə 1139, ¹ 7 (II kitab), maddə 1638, ¹ 8, maddə 1806, ¹ 10, maddələr 2141, 2162, 2177, ¹ 11, maddələr 2438, 2463, ¹ 12 (II kitab), maddələr 2724, 2733, 2740; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 yanvar tarixli 15 nömrəli Qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 9.16-9.22-ci, 9.25-ci və 9.35-ci bəndləri ləğv edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab), maddə 2561; 2018, ¹ 12 (II kitab), maddə 2730) ilə təsdiq edilmiş “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3.4.1-ci yarımbəndə “barədə” sözündən sonra “, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun olmaması barədə” sözləri əlavə edilsin;
4.2. 3.4.2-ci yarımbənd ləğv edilsin;
4.3. 4.5-ci bəndin birinci cümləsində “məcburi dövlət sosial sığorta haqqının toplanması qaydaları ilə müəyyən edilmiş müddətdə və formada təqdim etdikləri” sözləri “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin üçüncü abzasına uyğun olaraq təqdim olunmuş” sözləri ilə əvəz edilsin;
4.4. həmin Qaydaya 2 nömrəli əlavə - “Məlumatların sorğu edilməsinə dair Razılıq”ın 1-ci hissəsinə “barədə” sözündən sonra “, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun olmaması barədə” sözləri əlavə edilsin.
Novruz
MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 1 may.- S.9.