“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

№ 195

  Bakı şəhəri, 30 aprel 2019-cu il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44, № 6, maddə 589, № 12, maddə 1118; 2011, № 1, maddə 66,

№ 9, maddə 854; 2013, № 2, maddə 197, № 10, maddə 1222; 2015, № 8, maddə 962; 2018, № 3, maddə 592, № 6, maddə 1368) ilə təsdiq edilmiş 2 nömrəli Əlavə - “Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”nın cədvəlinin 2-ci hissəsinə “Azərbaycan Respublikası Milli TeleviziyaRadio Şurasının sədrləri” sözlərindən sonra “, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti” sözləri və 3-cü hissəsinə “Azərbaycan Respublikası Milli TeleviziyaRadio Şurasının sədr müavinləri” sözlərindən sonra “, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentləri” sözləri əlavə edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 1 may.- S.9.