Azərbaycan Respublikası Nazirlər Kabinetininİcra xidməti icra məmurlarının xüsusi Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2000-ci il 19 iyun tarixli 105 nömrəli və “Üzərinə həbs qoyulmuş əmlakın saxlanması Qaydasının və şərtlərinin təsdiq edilməsi barədə” 2002-ci il 6 sentyabr tarixli 143 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 196

 Bakı şəhəri, 30 aprel 2019-cu il

 

İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1440-VQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası

Prezidentinin 2018-ci il 28 dekabr tarixli 456 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 19 iyun tarixli 105 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 6, maddə 470; 2002, ¹ 5, maddə 317, ¹ 10, maddə 635; 2010, ¹ 1, maddələr 53, 60, ¹ 11, maddə 1040; 2018, ¹ 3, maddə 576, ¹ 10, maddə 2160) ilə təsdiq edilmişİcra xidməti icra məmurlarının xüsusi Fondu haqqında Əsasnamə”nin II bölməsinin 1-ci hissəsinin birinci abzasında “notariat orqanlarının” sözləri “notariusunsözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 6 sentyabr tarixli 143 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 9, maddə 573; 2006, ¹ 3, maddə 297; 2010, ¹ 11, maddə 1040) ilə təsdiq edilmiş “Üzərinə həbs qoyulmuş əmlakın saxlanması Qaydası və şərtləri”nin preambulasında “notariat orqanlarının” sözləri “notariusunsözü ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 1 may.- S.9.