“Güzəştli
ipoteka kreditləşməsi məqsədi
ilə yaşayış sahəsinin 1 kvadratmetri
üçün orta bazar qiymətinin müəyyən edilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2016-cı il 31 avqust tarixli 323 nömrəli Qərarının ləğv
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 199
Bakı şəhəri, 1 may
2019-cu il
“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 465 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Güzəştli ipoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 31 avqust tarixli 323 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 8, maddə 1459; 2017, ¹ 11, maddə 2145; 2018, ¹ 5, maddə 1117) ləğv edilsin.
Novruz Məmmədov
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 3 may.- S.5.