Azərbaycan dünyanı düşündürən qlobal

problemlərin ciddi müzakirə məkanına çevrilib

 

Siyasi inkişaf və mədəniyyətlərarası dialoq üçün vacib platforma

 

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda və əlbəttə, bizim ölkəmiz üçün mühüm beynəlxalq tədbirlərdən biridir. Son illər ərzində Azərbaycan çoxsaylı beynəlxalq təbirlərə ev sahibliyi edib. Dünya Dini Liderlərinin Forumunu, ənənəvi Bakı Humanitar Forumunu, yeddi dəfə Bakı Qlobal Forumunu təşkil etmişik. Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilən həmin forum da siyasi inkişaf və mədəniyyət dialoqu mövzularının müzakirəsi üçün çox vacib platformadır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan bizim zəruri üzv ölkəmizdir. Bizim gənc, dinamik, demokratik dövlətdir. Avropanın bu hissəsində yerləşən bir məmləkətdir. Habelə nəinki mədəniyyətlərarası dialoq, həmçinin məxsusi olaraq müzakirə etdiyimiz mövzu ilə bağlı aparıcı dövlətdir.

Qabriella BATTAİNİ-DRAQONİ

Avropa Şurası Baş katibinin müavini

 

Cəmi 28 illik müstəqillik tarixinə baxmayaraq, Azərbaycan bir sıra sahələrdə, o cümlədən humanitar forumların yüksək səviyyədə təşkilində keçirilməsində nümunəvi dövlətə çevrilib. 2008-ci ildən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı prosesi” bu müddət ərzində qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsinin yaradılması üçün körpü rolunu oynayıb. Son 11 ildə ölkəmizdə keçirilən mədəniyyətlər sivilizasiyalararası dialoqlar öz coğrafiyasını daha da genişləndirərək, Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Böyük Britaniya kimi dövlətləri əhatə edir. Bakıda keçirilən “Ayrı-seçkilik, zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bunu təsdiqlədi.

 

“Formula-1“ kimi möhtəşəm idman yarışmasından dərhal sonra 100-dən çox ölkənin 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ölkəmizin dünya birliyindəki reytinqinin getdikcə yüksəlməsinin mötəbər tədbirlərin təşkilində zəngin təcrübəyə malik olmasının göstəricisidir. Bunu forum iştirakçılarının çıxışları, həmçinin ölkəmizdə keçirilən mötəbər tədbirlərin, o cümlədən mədəniyyətlər sivilizasiyalararası dialoqların beynəlxalq dəstək qazanması, coğrafiyasının getdikcə genişlənməsi təsdiqləyir. Forumda geniş nitq söyləyən Prezident İlham Əliyev öz nitqində bu məqamları diqqətə çatdırdı.

Bu forumun həmtəşkilatçıları arasında dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının da olduğunu diqqətə çatdıran dövlətimizin başçısı birgə səylərin mədəniyyətlərarası dialoqun təşviqinə öz töhfəsini verdiyini qeyd etdi. Dedi ki, tarix coğrafiyamız nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq qarşılıqlı hörmət ruhunda uğura nail ola bilərik: “Azərbaycanın ­bugünkü sürətli inkişafı da məhz bu mədəni irsimizə cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Biz tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar da əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını göstərir. Biz qədim tariximizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri qədim Şamaxı şəhərində yerləşir. Qafqazın ən qədim kilsələrindən biri olan Qafqaz Albaniyasına məxsus kilsə bizim qədim Şəki şəhərindədir”.

Azərbaycanın dünyaya müxtəlif mədəniyyət sivilizasiyalar arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirməsi heç təsadüfi deyi. Bizim tariximiz mədəni müxtəliflik tarixidir yüksək səviyydə təşkil olunan humanitar forumlar da həmin tarixi irs əsasında həyata vəsiqə alır. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan olunması onu sübut edir ki, ölkəmiz dünyanın diqqətini bu mühüm ideyaya cəlb etmək yolunda öz səylərini əsirgəmir. Eyni zamanda, tarixi irsimizi, kökümüzü dünyaya açıq olduğumuzu nümayiş etdiririk. Dövlətimizin başçısı belə forumların keçirilməsini yüksək qiymətləndirərək dedi ki, mədəniyyət dinlərarası münasibətlər, siyasi gündəlik, ­iqtisadi əməkdaşlıq təhlükəsizlik məsələlərində dialoq zəruridir.

Dövlət başçısı bütün beynəlxalq tədbirlərdə olduğu kimi, bu forumda da ölkəmizin üzləşdiyi ədalətsizliyə, beynəlxalq hüququn norma prinsiplərinin pozulmasına, Ermənistanın işğalçılıq siyasətinə dünya birliyinin biganəliyindən söhbət açdı. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal, tam qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası digər beynəlxalq təşkilatların da Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə qərarlar qəbul etdiklərini diqqətə çatdırdı.

 Bu qətnamələrin indiyə qədər kağız üzərində qalması onun göstəricisidir ki, bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri uzun illər ərzində icra edilmir. Onların yerinə yetirilmə mexanizmi ya mövcud deyil, ya da tətbiq edilmir. Bunun nəticəsində isə Azərbaycanın torpaqları hələ işğal altında qalmaqdadır. Dövlətimizin başçısı bir daha bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir münaqişə beynəlxalq hüququn normaları, BMT Nizamnaməsi, Təhlükəsizlik Şurasının müvafiq qətnamələri Helsinki Yekun Aktına əsasən həll edilməlidir.

Forumda çıxış edən nüfuzlu beynəlxalq qurumların nümayəndələri–BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos, UNESCO baş direktorunun sosial humanitar elmlər üzrə müavini Nada Al-Naşif, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin, Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri belə bir mötəbər forumun açılışında iştirak etməkdən məmnunluq duyduqlarını bildirdilər bunun dünyanın ən nüfuzlu tədbirlərindən biri olduğunu söylədilər. Mədəniyyətlərarası dialoqun, sosial inklüzivliyin, habelə azlıq hüquqlarının qorunmasının həddən ziyadə vacib olduğu da diqqətə çatdırıldı. Dövlətimizin başçısına müraciətlə deyilmiş “Sizin vasitənizlə, möhtərəm cənab Prezident, biz güclü liderliyi siyasi iradəni sezə bilirik bu, bizim planlarımızı irəli apara bilər. Bir faktı qeyd etməliyik ki, biz öz inamımızı dəyərlərimizi qorumalıyıq. Biz sülh üçün dialoq qurmalıyıq, ləyaqət qarşılıqlı hörmətə əsaslanan rəğbət göstərməliyik. Bu, bizim fəaliyyətimizə veriləcək qiymətdir. “Bakı prosesi” məhz buna həsr olunur” – kimi fikirlər hər birimizdə qürur hissi yaratdı.

Ali qonaqların Ermənistanı işğalçı adlandırmaları forumun əhəmiyyətini daha da artırdı. ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin forumdakı çıxışında bu məsələyə münasibəti daha çox diqqət çəkən məqamlardan oldu. O, Ermənistan -- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dedi: “Bizim hamımıza məlum olan reallıq ondan ibarətdir ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistanın işğalı altındadır. Bu da beynəlxalq hüququn pozulmasıdır. BMT-nin Təhlükəsizlik Şurasının bununla bağlı qətnamələri var. Azərbaycan sülh, dialoq qarşılıqlı hörmətə, yanaşmaya əsaslanan ölkədir. Dünya Azərbaycana yardım etmir, dünya Azərbaycana ədalətsiz yanaşır. Ancaq bu torpaqlar yenidən Azərbaycana qovuşmalıdır. Bu, sülhə aparan yoldur, bu, dialoqun uğurlu olmasına aparan yoldur”.

ISESCO baş direktorunun “Ümid edirəm ki, bütün iştirakçılar öz ölkələrinə qayıtdıqdan sonra burada aparılan müzakirələrdən nəticə çıxaracaqlar, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsində ərazi bütövlüyünün bərpa olunmasında ölkənizə dəstək verəcəklər”, – deməsi Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində qəti tədbir görülməsi üçün, sanki, bütün dünyaya bir çağırış idi.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beşinci dəfə yüksək səviyyədə keçirilməsi Azərbaycanın mötəbər tədbirlərə evsahibliyi etməkdə zəngin təcrübəsi olduğunu dünyada sabitlik məkanı kimi tanındığını bir daha təsdiqlədi.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2019.- 4 may.- S.1; 4.