“Peşəkar mühasib təşkilatının akkreditasiya olunması Qaydası”nın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 204
Bakı şəhəri, 2 may 2019-cu il
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il
4 may tarixli 1140-VQD nömrəli
Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.5-ci bəndinin
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
1. “Peşəkar mühasib təşkilatının akkreditasiya
olunması Qaydası”
təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər
Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 24
avqust tarixli 772 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının hazırlanması
və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin
2.6-1-ci bəndinə uyğun
edilə bilər.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti.- 2019.- 5 may.- S.2.