Respublika üzrə illik su təsərrüfatı balansının təsdiq edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı 

¹ 208  

Bakı şəhəri, 3 may 2019-cu il

 

Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 759-VQD nömrəli Qanununun tətbiqi Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin ­2017-ci il 5 sentyabr tarixli 1587 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Respublika üzrə illik su təsərrüfatı balansının təsdiq edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmişİcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 5 may.- S.2.