Tarixi-mədəni irsimizə yüksək qayğı
Bu yaxınlarda Sankt-Peterburqun “Petropolis” nəşriyyatı
tərəfindən olduqca
nəfis şəkildə
və kifayət qədər böyük tirajla nəşr olunmuş “Áàêèíñêàÿ êðåïîñòü – È÷åðèøåõåð” kitab-toplusu
ilə tanış olduqdan dərhal sonra, elə isti-isti qələmə aldığım ilkin təəssüratlarımdan ibarət
bu qeydlərimə “Tarixi-mədəni irsi bax belə təqdim
və təbliğ edərlər” başlığını
təsadüfən seçmədim.
Bu, uzun illərdir
ki, bilavasitə tarixi-mədəni irsimizin
tədqiqi və təbliği ilə məşğul olan bir alim, ziyalı
və vətəndaş
olaraq mənim şəxsi qənaətimdir.
Tarixi-mədəni irsimizi məhz
bu cür, layiq olduğu səviyyədə tədqiq,
təbliğ və təqdim etmək digər arxeoloq həmkarlarım kimi, mənim də əsas arzum və istəyim olub.
Harada yaşamasından, hansı ölkənin vətəndaşı adını
daşımasından asılı
olmayaraq, hər bir azərbaycanlı qürur duymalıdır ki, Ana Vətənimiz olan doğma Azərbaycanımız dünya
miqyasında insanların
ən erkən məskunlaşdığı mərkəzlərdən
biri hesab olunur. Azərbaycan ərazisində tarixin
bütün dövrlərini
özündə yaşadan
çoxsaylı arxeoloji
və memarlıq abidələri var.
Doğma
Vətənimizin qədim
tarixi ilə yanaşı, çoxlarının
qibtə etdiyi, həsəd apardığı
olduqca zəngin mədəni irs
xəzinəmiz var. Bugünkü
paytaxtımız, onun
ürəyi olan Bakı qalası – İçərişəhər də xalqımıza məxsus olan belə bənzərsiz qədim mədəni irs nümunələrindəndir.
Barəsində söz açdığımız
“Áàêèíñêàÿ êðåïîñòü – È÷åðèøåõåð” kitab-toplusu indiyədək
İçərişəhərin tarixi barədə işlənmiş nadir nəşrlərdən
biridir. Xatırladaq ki, bir neçə gün öncə Sankt-Peterburqda fəaliyyət göstərən
Azərbaycan diasporu tərəfindən orada kitabın geniş təqdimatı olub. Təqdimatda Azərbaycan diasporunun nümayəndələri ilə
yanaşı, Rusiyanın
tanınmış elm və
mədəniyyət xadimləri
də iştirak ediblər.
Kitab-toplunu tərtib edən və onun məsul
redaktoru tarix elmləri doktoru Vəfa xanım Quliyevadır. Topluya Azərbaycan Respublikası
Müəllif Hüquqları
Agentliyi İdarə Heyətinin sədri Kamran İmanovun, tanınmış memar – alimlərdən olan akademik Şamil Fətullayevin, AMEA-nın müxbir üzvü Cəfər Qiyasinun, görkəmli epiqraf-alim,
AMEA-nın müxbir üzvü Məşədi
Nemətin, tarix elmləri doktorları Vəfa Quliyeva və Nərgiz Quliyevanın, sənətşünaslıq
doktoru Kübra Əliyevanın və digər tədqiqatçıların
İçərişəhərlə bağlı olduqca dəyərli yazıları
daxil edilib.
Fuad İbrahimovun
olduqca nəfis dizayn və tərtibatı ilə işıq üzü görən bu əsər 12 bölmədən
ibarətdir. İçərişəhər Dövlət Tarix-Memarlıq
Qoruğu İdarə
Heyətinin sədri Əsgər Ələkbərov
kitaba ön söz yazıb. Kitabın I bölməsi Bakının
tarixinə səyahətdən
bəhs edir. Oxucuya bildirilir ki, Bakı yaxınlığında,
daha doğrusu, qədim Qobustan ərazisində hələ
Üst Paleolit dövründən başlayaraq
Orta əsrlərədək
davamlı həyat olmuşdur. Bu ərazidə aparılan axtarışlar zamanı əldə olan çoxsaylı nadir tapıntılar
eramızdan əvvəl
III-II minilliklərdə Bakı
ətrafında yaşamış
insanların həyat tərzini, onların adət və ənənələrini dərindən
və əhatəli şəkildə araşdırmağa
imkan verir. Bakı qalası olan İçərişəhərin bütün tarixi, oradakı memarlıq incilərinin hər biri Azərbaycanın dövlətçilik tarixində
xüsusi yeri olan Şirvanşahlar dövlətinin tarixindən
xəbər verir.
Kitab-toplunun II bölməsi Bakı şəhərinin adının
izahına həsr olunub. Bu bölmədə uzun illər ərzində Azərbaycan
və xarici ölkə alimlərinin Bakının adının
izahı ilə bağlı fikirləri ümumiləşdirilərək oxucuya təqdim olunub. Şəhərin
memarlığı və
plan quruluşu barədə
III bölmədə söhbət
açılır. Onun tipik
Şərq-müsəlman şəhəri
olduğu xüsusi vurğu ilə qeyd olunur. Yəni, Yaxın və Orta Şərq
şəhərləri kimi
Bakı da əsasən özünün
plan quruluşu etibarı
ilə üç hissədən – iç qala, bayır şəhər və sitadeldən ibarətdir. Əfsuslar olsun ki, qədim
Bakının şəhər
həyatının VII-X əsrlərə
aid ilk çağlarını özündə əks etdirən yerüstü
fundamental tikililər qalmayıb.
Lakin şəhər ərazisində
aparılmış arxeoloji
qazıntılar zamanı
həmin dövrə
aid də çoxsaylı
tikililər aşkar olunub. XI-XIII əsrlərdə Bakı
sürətlə inkişaf
edərək daha çox qala-şəhər
kimi formalaşıb.
1138-ci ildə Şirvanşah III Məniçöhrün
əmri ilə şəhərin qala divarları möhkəmləndirilir
və Şirvanşahlar
saray kompleksinin əsası qoyulur. Beləliklə, Bakı dövrünün
nadir memarlıq sistemi
və möhtəşəm
saray kompleksi ilə diqqətçəkən
Yaxın və Orta Şərqin mühüm Orta əsr şəhərlərindən
birinə çevrilmiş
olur.
Dağıdıcı Şamaxı zəlzələsindən
Şirvanşahların öz
iqamətgahını Bakıya
köçürməsi ilə
şəhər həm
də beynəlxalq əlaqələr və ticarət qovşağı
funksiyasına yiyələnmiş
oldu. Əsərin IV bölməsində, Bakının UNESCO tərəfindən
Ümumdünya Mədəni
İrs Nümunələri
Siyahısına daxil edilmiş abidələrindən
bəhs olunur. Qız qalası və Şirvanşahlar Saray Kompleksi barədə olduqca geniş və müfəssəl məlumat verilir.
Bakının dini xarakter daşıyan
memarlıq tikililəri
barədə isə kitab-toplunun V bölməsində
söhbət açılır. Burada oxucu
Məhəmməd məscidi,
Cümə məscidi
və 15 dini məzmun kəsb edən digər abidələr, o cümlədən
bir neçə xristian abidəsi barədə ətraflı
məlumat əldə
edə bilər.
Kitabda şəhərin ictimai xidmət obyektləri barədə məlumatlara
da geniş yer verilib. Belə ki, təqdim olunan əsərin VI bölməsində bütünlüklə
Bakının qədim
karvansara və hamamlarından bəhs olunur.
Bakı tarixinə həsr olunmuş bu yeni əsərin maraqla oxunan bölmələrindən biri
“İçərişəhərin daş salnaməsi” adı altında təqdim olunan VII bölməsidir. Həmin bölmədə Bakının qədim tikililəri üzərindəki
bütün kitabələr
və onların mətni təqdim olunur, geniş elmi şərhi verilir. Bu bölmədə,
həmçinin Bakı
tarixinin bir çox qaranlıq məsələlərini günümüzədək
sirr olaraq özündə yaşadan
Səbail qəsri və arxeoloqların
1938-40-cı illərdə orada
aşkar etmiş olduğu 250-dən çox
yazılı daş pilitə-kitabə barədə
də əhatəli və həm də səhih bilgilər verilib.
Kitabın VIII bölməsi İçərişəhər
tarixinin arxeoloji cəhətdən öyrənilməsinə
həsr olunub. Məlum olduğu
kimi, hələ ötən əsrin 20-ci illərindən başlayaraq
orada aparılan ilkin arxeoloji tədqiqatlar epizodik və sistemsiz xarakterdə olub. 1962-ci ildən etibarən
isə görkəmli
arxeoloq Ömər İsmizadənin rəhbərliyi
ilə Bakı arxeoloji ekspedisiyası şəhər ərazisində
davamlı olaraq tədqiqatlara başlayıb.
Arxeoloq Fərhad İbrahimovun rəhbərliyi dövründə
Bakı arxeoloji ekspedisiyasının davamlı
olaraq aparıldığı
tədqiqatların miqyası
daha da genişlənib.
Nəticədə Bakı tarixinin
uzun illər ərzində elm üçün
qaranlıq olan bir çox ciddi məqamlarına aydınlıq gətirilib.
İçərişəhərdən məlum olan
numizmatik tapıntılar,
bakılılara xas adət və ənənələr, habelə
şəhərin mətbəx
mədəniyyəti barədə
də kitab-topluya xüsusi bölmələr
daxil edilib.
Fikrimizcə, kitab-topluya daxil edilmiş çoxsaylı
nəfis və elmi cəhətdən olduqca qiymətli illüstrativ materiallar da tərtibçilərin
zövq və peşəkarlıq səviyyəsindən
xəbər verir. Bir sözlə,
“Áàêèíñêàÿ êðåïîñòü – È÷åðèøåõåð” kitab-toplusu müstəqillik
illərində coşqun
yüskəsliş dövrü
yaşayan qədim və yaraşıqlı paytaxtımızın gözəlliklərinin
və özəlliklərinin
geniş oxucu kütləsinə layiq olduğu səviyyədə
təqdim edən çox dəyərli nümunədir. Tarixi-mədəni
irsi bax belə təqdim və təbliğ edərlər!
Qafar Cəbiyev,
tarix elmləri doktoru
Xalq qəzeti.- 2019.- 5 may.- S.6.