Ulu öndərə həsr olunmuş sərgi-konfrans
Dövlət Gömrük Komitəsi Akademiyasında
keçirilən tədbir iştirakçıları əvvəlcə
məktəbin foyesində təşkil olunmuş
ulu öndər Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə
etdiyi şəxsi kitablarından ibarət
sərgiyə baxıblar.
Tədbirdə Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov çıxış edərək ulu öndərin Azərbaycanın ictimai - siyasi həyatındakı xidmətlərindən, xüsusən, təhsil sahəsində apardığı islahatlardan, ölkəmizin sabahı olan gənclərə göstərdiyi diqqət və qayğıdan geniş söz açıb. Bildirib ki, bugünün gəncləri ümummilli liderin həyat yolunu, irsini dərindən öyrənməli, onun seçdiyi yolu özlərinə nümunə seçməlidirlər.
Tədbirin təşkilatçılarından olan Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək xalqımızın taleyində əhəmiyyətli rol oynamış, müasir Azərbaycanın inkişafında əvəzsiz xidmətləri olmuş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş danışıb. O deyib ki, ulu öndər dörd dəfə Milli Kitabxanada olub və öz şəxsi kitabxanasından kitabların bir qismini kitabxanamıza hədiyyə edib. K. Tahirov söyləyib ki, Heydər Əliyev bu addımı ilə ziyalıların şəxsi kitablarını kitabxanalara bağışlamaq ənənəsinin əsasını qoyub.
Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan ümummilli liderin xidmətlərindən danışaraq onun böyük Azərbaycançı, böyük türkçü, vətənpərvər kimi yetişməsində oxuduqları kitabların rolunu vurğulayıb. K.Aslan bildirib ki, bu gün sərgidə nümayiş olunan kitablar dahi liderimizin fundamental biliyə malik olmasının bariz nümunəsidir.
Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov çıxış edərək müstəqil Azərbaycanın qurucusu, banisi, ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsində kitabların əhəmiyyətindən danışıb.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 7
may.- S.11.