Azərbaycan filmləri
beynəlxalq kinofestivalda
İran İslam
Respublikasının Babol şəhərində
9-cu Vareş Beynəlxalq kino
festivalı keçirilmişdir. Festivalda ölkəmizi Əməkdar incəsənət
xadimi, kinorejissor və
operator Nizami Abbas, Mədəniyyət Nazirliyinin
əməkdaşı Elşad Əliyev,
gənc rejissor Zəhra Mirrza
və prodüser Elşən Əliyev təmsil
etmişlər.
Azərbaycanın “Qanadsız möcüzə” qısametrajlı bədii və “Azərbaycan xalçası”, “Azərbaycan muğamı”, “Azərbaycan mətbəxi” sənədli filmləri festivalın müsabiqə proqramında iştirak etmiş və kinosevərlər tərəfindən maraqla qarşılanmışdır.
Bundan əlavə, “Çovqan”, “İz...Qala”, “Miras”, “Şəki”, “O kimdir”, “Sovqat”, “Bakı əsrlərin aynasında”, “Azərbaycan mətbəxinin rəngləri” sənədli filmlərimiz “Azərbaycan proqramı” çərçivəsində İran tamaşaçılarına təqdim olunmuşdur.
Festivalda həmçinin Azərbaycan kinosuna həsr olunan tədbir keçirilmiş, milli kinomuzun tarixi və bugünü haqqında iştirakçılara, eləcə də İran televiziya kanallarına məlumat verilmişdir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 8
may.- S.13.