“Əsərlərin
dövlət varidatı elan edilməsi
Qaydaları”nın və “Əsərləri dövlət
varidatı elan edilən müəlliflərin
və dövlət varidatı elan edilən
filmlərin Siyahısı”nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 211
Bakı şəhəri,
7 may 2019-cu il
“Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları” təsdiq edilsin
(1 nömrəli əlavə).
2. “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı” təsdiq edilsin
(2 nömrəli əlavə).
3. Dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlavə 3 - “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür.
4. Müəyyən edilsin ki, dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür.
5. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etsin.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 7 may
tarixli 211 nömrəli
Qərarı ilə
təsdiq edilmişdir.
1 nömrəli əlavə
Əsərlərin dövlət varidatı
elan edilməsi
QAYDALARI
1. “Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan
Respublikasının Qanunu (bundan sonra – Qanun) ilə müəyyən
edilmiş müəlliflik hüququnun qüvvədəolma
müddəti bitdikdən sonra elm, ədəbiyyat və incəsənət
əsərləri ictimai varidata keçir.
2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət
Agentliyi (bundan sonra - Agentlik) qorunma müddəti bitdiyinə
görə ictimai varidata keçmiş əsərləri
müəyyənləşdirir və onların uçotunu
aparır.
3. Agentlik
ictimai varidat dairəsinə aid edilmiş Azərbaycan müəlliflərinin
elm, ədəbiyyat və incəsənət əsərlərindən
elmin, ədəbiyyatın, kino tarixinin və incəsənətin
zənginləşməsində müstəsna rol oynayan,
geniş oxucu və tamaşaçı kütləsinin dərin
rəğbətini qazanan, habelə yüksək bədii,
estetik və sənətkarlıq dəyərlərinə
malik olan əsərləri aidiyyəti dövlət
orqanları və yaradıcılıq təşkilatları
ilə razılaşdırmaqla seçərək, onların
dövlət varidatı elan olunması üçün Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təkliflər
verir.
4.
İctimai varidat dairəsinə aid edilmiş əsərlərdən
dövlət varidatı elan edilməsi üçün təklif
olunan əsərlər Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı ilə dövlət varidatı elan
edilir.
5.
Dövlət varidatı elan edilmiş əsərlərdən
istifadə edən hüquqi və fiziki şəxslər həmin
əsərlərdən istifadə barədə Agentliyə məlumat
verir və istifadənin hər növünə görə
müvafiq xüsusi ödənişləri Agentliyin xəzinə
hesabına köçürürlər.
6. Agentlik
dövlət varidatı elan edilmiş əsərlərdən
istifadəyə görə xüsusi ödənişlərin
yığımını təşkil edir və onların
elektron məlumat bazasını yaradır.
7.
Dövlət varidatı elan edilmiş əsərlər istisna
olmaqla, ictimai varidat dairəsinə keçmiş əsərlərdən
istifadə sərbəstdir və onlardan istifadəyə
görə qonorar ödənilmir.
8. Agentlik
dövlət varidatı elan edilmiş əsərlərdən
istifadə ilə bağlı məlumatları ümumiləşdirir
və nəticələr barədə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə ildə ən
azı bir dəfə hesabat təqdim edir.
9.
Dövlət varidatı elan edilmiş əsərlərin
müəlliflərinin Qanunda təsbit edilmiş şəxsi
hüquqları pozulduqda, əsərin mənası dəyişdirildikdə,
məzmunu təhrif olunduqda, həmin müəlliflərin vərəsələri
və yaxud Agentlik tərəfindən həmin
hüquqların bərpası məqsədilə müvafiq məhkəmə
iddiası qaldırılır.
10. Bu Qaydalar dövlət varidatı elan edilmiş əsərlərin
dövlət sifarişi əsasında və dövlət
büdcəsindən ayrılmış vəsait hesabına
qeyri-kommersiya məqsədilə istifadəsinə şamil
olunmur.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2019-cu il
7 may tarixli 211 nömrəli Qərarı ilə təsdiq
edilmişdir.
2 nömrəli əlavə
Əsərləri
dövlət varidatı elan edilən müəlliflərin və
dövlət varidatı
elan edilən filmlərin
S İ Y A H I S I
1. Əsərləri
dövlət varidatı elan
edilən müəlliflər:
1.1. Qətran
Təbrizi;
1.2. Məhsəti
Gəncəvi;
1.3.
Əfzələddin Xaqani;
1.4. Nizami
Gəncəvi;
1.5. Qazi
Bürhanəddin;
1.6.
İmadəddin Nəsimi;
1.7.
Aşıq Qurbani;
1.8.
Şah İsmayıl Xətai;
1.9. Məhəmməd
Füzuli;
1.10.
Aşıq Abbas Tufarqanlı;
1.11. Molla
Pənah Vaqif;
1.12. Molla
Vəli Vidadi;
1.13.
Qasım bəy Zakir;
1.14. Mirzə
Fətəli Axundzadə;
1.15. Həsən
bəy Zərdabi;
1.16. Seyid
Əzim Şirvani;
1.17.
Xurşidbanu Natəvan;
1.18. Mirzə
Ələkbər Sabir;
1.19. Nəcəf
bəy Vəzirov;
1.20.
Aşıq Ələsgər;
1.21. Cəlil
Məmmədquluzadə;
1.22.
Əbdürrəhim bəy Haqverdiyev;
1.23. Cəfər
Cabbarlı;
1.24.
Əhməd Cavad;
1.25.
Mikayıl Müşfiq;
1.26.
Əhməd bəy Ağayev;
1.27.
Əli bəy Hüseynzadə;
1.28. Nəriman
Nərimanov;
1.29. Məmməd
Səid Ordubadi;
1.30.
Hüseyn Cavid;
1.31.
Əzim Əzimzadə;
1.32. Yusif
Vəzir Çəmənzəminli;
1.33.
Üzeyir Hacıbəyov;
1.34. Səməd
Vurğun;
1.35.
Əliağa Vahid.
2.
Dövlət varidatı elan edilən filmlər:
2.1. “Sevil ” (1929-cu ildə çəkilmişdir);
2.2. “Lətif ”( 1930-cu ildə çəkilmişdir)
;
2.3.
“İsmət”(1934-cü ildə çəkilmişdir);
2.4. “Mavi
dənizin sahilində” 1935-ci ildə çəkilmişdir) ;
2.5. “Almaz”(1936-cı ildə çəkilmişdir) ;
2.6.
“Bakılılar”(1938-ci ildə çəkilmişdir)
;
2.7. “Kəndlilər ”(1939-cu ildə çəkilmişdir)
;
2.8. “Səbuhi”(1941-ci ildə çəkilmişdir)
2.9. “Bir
ailə”(1943-cü ildə çəkilmişdir)
;
2.10.
“Arşın mal alan”
(1945-ci ildə çəkilmişdir) ;
2.11. “Görüş” (1955-ci ildə
çəkilmişdir).
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti.- 2019.- 11 may.- S.6.