Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Azərbaycan
Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
Nizamnaməsinin və strukturunun təsdiq
edilməsi haqqında” 2008-ci il 30 aprel tarixli 105 nömrəli,
“Dəniz limanı kapitanı haqqında Əsasnamə”nin, “Dənizdə
gəmilərdə baş vermiş
qəzaların araşdırılması Qaydaları”nın və “Gəmilərin
nəzarət yoxlamasına dair Əsasnamə”nin
təsdiq edilməsi barədə” 2013-cü il
4 aprel tarixli 59
nömrəli, “Aviasiya təhlükəsizliyi
personalının seçilməsi Qaydası”nın təsdiq
edilməsi barədə” 2013-cü il 17 oktyabr tarixli 306 nömrəli,“Elektron
hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin
və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və
ehtiyatlarının, elektron xidmətlərin
“Elektron hökumət” portalına
qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi
haqqında” 2014-cü il 1 may
tarixli 118 nömrəli, “Tikintisinə icazə
tələb edilən tikinti
obyektlərinin istismarına icazə üçün
müraciətə sifarişçi tərəfindən
əlavə edilən tikinti sənədlərinin
siyahısı”nın təsdiq edilməsi haqqında”
2014-cü il 16 sentyabr
tarixli 309 nömrəli, “Milli
Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar
Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında”
2014-cü il 3 dekabr tarixli 382 nömrəli, “Azərbaycan
Respublikasının ərazi sularında üzmə
Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 8 sentyabr tarixli
296 nömrəli, “Dənizçilik şirkətinin
“Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin
və gəminin “Əmniyyətli İdarəetmə
haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə
uyğun olması haqqında Şəhadətnamənin
forması və verilməsi Qaydası”nın təsdiq edilməsi
barədə” 2016-cı il 15 avqust tarixli 306 nömrəli
qərarlarında dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 213
Bakı şəhəri, 7 may
2019-cu il
“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 324, № 10, maddə 929, № 12, maddə 1117; 2013, № 6, maddə 765, № 8, maddə 1019; 2014, № 2, maddə 218; 2016, № 3, maddə 578, № 12, maddə 2235; 2017, № 3, maddə 481, № 7, maddə 1504; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 161 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 6.5.6-1-ci və 7.1.12-ci yarımbəndlərində ismin müvafiq hallarında “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri ismin müvafiq hallarında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.
2. “Dəniz limanı kapitanı haqqında Əsasnamə”nin, “Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması Qaydaları”nın və “Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 59 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 439; 2014, № 10, maddə 1320) aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:
“4. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”;
2.2. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Dəniz limanı kapitanı haqqında Əsasnamə”nin 1.2-ci bəndində “Respublikası Dövlət Dəniz Administrasiyasının (bundan sonra – Administrasiya) rəisinə” sözləri “Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin (bundan sonra – Agentlik) direktoruna” sözləri ilə, 2.1-ci bəndində “Administrasiyanın” sözü “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin” sözləri ilə, 1.3-cü bəndinin birinci cümləsində “Administrasiyanın rəisi” sözləri “Agentliyin direktoru” sözləri ilə, 1.3-cü bəndinin ikinci cümləsində, 1.9-cu və 1.11-ci bəndlərində ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
2.3. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması Qaydaları”nın 3.8-ci bəndinin birinci və ikinci cümlələrində, 3.9-3.11-ci, 3.13-cü, 3.22-3.24-cü, 3.26-cı, 3.27-ci, 4.2-ci, 4.5-ci, 5.1-ci, 5.5-ci, 5.6-cı bəndlərində və 2.2.2-ci yarımbəndində ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə, 3.12-ci bəndinin ikinci cümləsində və 3.1.3-cü yarımbəndində ismin müvafiq hallarında “Administrasiya rəisi” sözləri ismin müvafiq hallarında “Agentliyin direktoru” sözləri ilə, 2.1.4-cü yarımbəndində “Dövlət Dəniz Administrasiyasına (bundan sonra – Administrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;
2.4. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə”nin 1.2-ci bəndində “Dövlət Dəniz Administrasiyası (bundan sonra – Administrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə, 3.7-ci bəndində, 4.2-ci bəndinin birinci cümləsində, 5.4-cü bəndinin birinci və üçüncü cümlələrində, 5.7-ci bəndinin birinci cümləsində, 7.1-ci və 7.2-ci bəndlərində ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.
3. “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 17 oktyabr tarixli 306 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1224; 2014, № 5, maddə 577) aşağıdakı dəyişikliklər edilsin:
3.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”;
3.2. həmin Qərarla təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nın 3.5-ci bəndində “Dövlət Mülki Aviasiya Administrasiyası (bundan sonra - Aviasiya Administrasiyası)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra - NRYTN)” sözləri ilə, 5.8-ci bəndində “Aviasiya Administrasiyası” sözləri “NRYTN” abreviaturası ilə, 6.3-cü bəndində “Aviasiya Administrasiyasının” sözləri “NRYTN-nin” abreviaturası ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 547; 2015, № 8, maddə 974, № 11, maddə 1417; 2016, № 4, maddə 795, № 5, maddə 955, № 6, maddə 1192, № 9, maddə 1582, № 11, maddə 1938, № 12, maddə 2239; 2017, № 3, maddələr 473, 509, № 9, maddələr 1731, 1764; 2018, № 2, maddə 348, № 5, maddə 1117, № 6, maddələr 1359, 1361, № 9, maddələr 1911, 1931, № 11, maddə 2457; 2019, № 2, maddə 331; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 aprel tarixli 180 nömrəli Qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 10-cu hissə aşağıdakı redaksiyada verilsin:
“10. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə
10.1. Azərbaycan Respublikasının
Dövlət Gəmi və Berbout-çarter Reyestri
10.2. Dənizçinin şəxsiyyət
sənədinin fərdiləşdirilməsi
üzrə informasiya sistemi
10.3. İxrac nəzarətinə
düşən mallar
(işlər, xidmətlər,
əqli fəaliyyətin
nəticələri) üzrə
icazənin verilməsi
ilə bağlı informasiya ehtiyatı
10.4. Uçuşların yerinə
yetirilməsi üçün
icazələrin verilməsi
ilə bağlı informasiya ehtiyatı”;
4.2. 27-ci və 28-ci hissələr ləğv edilsin.
5. “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə
sifarişçi tərəfindən
əlavə edilən
tikinti sənədlərinin
siyahısı”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 16 sentyabr
tarixli 309 nömrəli
Qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, № 9, maddə
1133) aşağıdakı dəyişikliklər edilsin:
5.1. ikinci abzas 1-ci hissə hesab edilsin və aşağıdakı məzmunda
2-ci hissə əlavə
edilsin:
“2. Bu Qərarda dəyişikliklər
Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 24
avqust tarixli 772 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının hazırlanması
və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin
2.6-1-ci bəndinə uyğun
edilə bilər.”;
5.2. həmin Qərarla təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə
sifarişçi tərəfindən
əlavə edilən
tikinti sənədlərinin
Siyahısı”nın 2.4.2-ci yarımbəndində “Dövlət
Mülki Aviasiya Administrasiyasından” sözləri
“Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyindən”
sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 3 dekabr tarixli 382 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, № 12, maddə
1660; 2016, № 3, maddə 585; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 11 aprel tarixli 162 nömrəli Qərarı)
ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Milli Nüvə Tədqiqatları Mərkəzi”
Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin
1.1-ci, 1.4-cü, 2.4-cü, 5.2-ci bəndlərində
“Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə və 7.4-cü bəndində
“rabitə və yüksək texnologiyalar naziri” sözləri “nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2015-ci
il 8 sentyabr tarixli 296 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2015, № 10, maddə
1211; 2016, № 5, maddə 963; 2017, № 5, maddə 972, № 9, maddə
1732) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi
sularında üzmə
Qaydaları”nın 1.2-ci bəndində
“Dövlət Dəniz
Administrasiyası (bundan
sonra – Administrasiya)” sözləri “Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə,
3.7-ci və 18.2-ci bəndlərində
“Administrasiya” sözu
“Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə,
1.5-ci, 3.2-ci, 3.4-cü, 3.18-ci, 3.20-ci, 3.23-cü, 3.24-cü (hər dörd halda), 4.1-ci, 4.2-ci, 4.25-ci, 4.29-cu, 5.1-ci, 5.2-ci,
5.3-cü, 8.20-ci, 8.28-ci, 10.5-ci, 10.19-cu, 10.20-ci, 11.11-ci,
13.6-cı, 17.12-ci, 19.6-cı bəndlərində
və 8.27.3-cü yarımbəndində
ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2016-cı il 15 avqust tarixli 306 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, № 8, maddə 1443) ilə təsdiq edilmiş “Dənizçilik şirkətinin
“Əmniyyətli İdarəetmə
haqqında Beynəlxalq
Məcəllə”nin tələblərinə
uyğun olması haqqında Şəhadətnamənin
və gəminin “Əmniyyətli İdarəetmə
haqqında Beynəlxalq
Məcəllə”nin tələblərinə
uyğun olması haqqında Şəhadətnamənin
forması və verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
8.1.
2.3-cü bənddə “Dövlət
Dəniz Administrasiyasının
(bundan sonra – Administrasiya)” sözləri
“Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin (bundan sonra – Agentlik)” sözləri ilə, 3.1-ci, 3.4-3.6-cı bəndlərdə,
4.1-ci (birinci və ikinci cümlələrində),
4.3-4.6-cı bəndlərdə, 4.7-ci (birinci cümləsində
və ikinci cümləsində hər
iki halda), 4.9-cu,
4.10-cu, 7.2-ci, 7.4-7.6-cı, 8.1-ci, 8.2-ci, 8.3-cü (birinci və ikinci cümlələrində),
9.2-9.4-cü, 10.1-ci, 11.3-cü bəndlərdə,
7.1.3-cü, 9.1.2-ci və 11.1.6-cı yarımbəndlərdə ismin
müvafiq hallarında
“Administrasiya” sözü
ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
8.2. həmin Qaydaya 1 və 2 nömrəli əlavələrin mətni
üzrə ismin müvafiq hallarında “Dövlət Dəniz Administrasiyası” sözləri
ismin müvafiq hallarında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə, “THE STATE MARITIME ADMINISTRATION OF THE
REPUBLIC OF AZERBAIJAN” sözləri “THE STATE
MARITIME AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES
OF THE REPUBLIC OF AZERBAIJAN” sözləri ilə, “STATE
MARITIME ADMINISTRATION” sözləri
“STATE MARITIME AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH
TECHNOLOGIES” sözləri ilə
əvəz edilsin və 2 nömrəli əlavənin “ARA YOXLAMASI VƏ ƏLAVƏ
YOXLAMA (ƏGƏR TƏLƏB OLUNARSA) ÜÇÜN
TƏSDİQNAMƏ” blankının “Qeyd”ində “Administrasiya” sözü “Agentlik” sözü ilə əvəz edilsin.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti.- 2019.-
11 may.- S.6.