“Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək
Texnologiyalar Parkında istehsal
olunan məhsullar üçün
dövlət sifarişlərinin verilməsi Qaydası”nın
təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 214
Bakı şəhəri, 10 may
2019-cu il
“Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli Sərəncamının 8.8-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2019-cu il 10 may
tarixli 214 nömrəli
Qərarı ilə
təsdiq edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək
Texnologiyalar Parkında
istehsal olunan məhsullar üçün
dövlət sifarişlərinin
verilməsi
QAYDASI
Ümumi müddəalar
1.1. Bu Qayda “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək
Texnologiyalar Parkının
yaradılması haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
8 noyabr tarixli 2425 nömrəli Sərəncamının
8.8-ci bəndinin icrasını
təmin etmək məqsədilə hazırlanmışdır.
1.2. Bu Qayda dövlət
qurumları tərəfindən
Azərbaycan Milli Elmlər Akademiyasının
Yüksək Texnologiyalar
Parkında (bundan sonra - YT Park) istehsal olunan məhsullar üçün dövlət
sifarişlərinin verilməsi
ilə bağlı məsələləri tənzimləyir.
1.3. YT Parkda istehsal olunan məhsullar üçün dövlət
sifarişlərinin verilməsi
mexanizmi bu Qaydaya uyğun olaraq dövlət qurumları tərəfindən
“Azərbaycan Milli Elmlər Akademiyası
(AMEA) Yüksək Texnologiyalar
Parkının yaradılması
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 8 noyabr tarixli 2425 nömrəli Sərəncamının 5-ci hissəsi
ilə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində
yaradılmış “AMEA Yüksək
Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli
Cəmiyyətinə (bundan
sonra – Cəmiyyət)
məhsullar üçün
sifarişlərin təqdim
olunmasını ehtiva
edir.
1.4. Bu Qaydanın məqsədləri
üçün YT Parkın
rezidenti (bundan sonra - rezident) dedikdə, YT Parkın qeydiyyat şəhadətnaməsini
almış və YT Parkda fəaliyyət göstərən hüquqi
şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini
həyata keçirən
fiziki şəxs nəzərdə tutulur.
1.5. Bu Qaydanın məqsədləri
üçün dövlət
qurumu dedikdə, dövlət müəssisəsi
və təşkilatları
(idarələri), nizamnamə
fondunda dövlətin
payı 30 faiz və daha çox
olan müəssisə
və təşkilatlar
nəzərdə tutulur.
1.6. Bu Qaydanın əsas məqsədləri aşağıdakılardır:
1.6.1. YT Parkda istehsal fəaliyyətinin stimullaşdırılması;
1.6.2. rezidentlərlə dövlət qurumları arasında əlaqələrin
genişləndirilməsi;
1.6.3. dövlət vəsaitlərinin səmərəli
istifadəsinin təmin
edilməsi, rəqabətqabiliyyətli
məhsul istehsalına
nail olunması;
1.6.4. YT Parkda istehsal olunan məhsullar üzrə dövlət sifarişlərinin verilməsinin
həyata keçirilməsi.
1.7. YT Parkda istehsal olunan məhsulların çeşidləri Azərbaycan
Milli Elmlər Akademiyası tərəfindən
müəyyən olunur.
1.8. YT Parkda istehsal olunan məhsullar üçün dövlət
qurumları tərəfindən
verilən sifarişlərin
rezidentlər tərəfindən
icrası ilə bağlı məsələlər
üzrə əlaqələndirmə
və nəzarət funksiyasını Cəmiyyət
həyata keçirir.
2. Dövlət qurumları tərəfindən sifarişlərin
verilməsi
2.1. YT Parkın rezidentlərinin siyahısı, YT Parkda istehsal olunan məhsulların siyahısı,
həmin məhsullar barədə zəruri məlumatlar Cəmiyyət
tərəfindən YT Parkın
internet portalında yerləşdirilir
və mütəmadi olaraq yenilənir.
2.2. YT Parkda istehsal olunan məhsulların qiymətləri bazar iqtisadiyyatının prinsipləri
nəzərə alınmaqla,
rezidentlər tərəfindən
müəyyən olunur.
2.3. Növbəti il
üzrə YT Parkda istehsal olunan məhsullara tələbat
barədə məlumatlar
dövlət qurumları
və təşkilatları
tərəfindən hər
il 1 oktyabr tarixinədək bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş formaya uyğun olaraq Cəmiyyətə təqdim
olunur.
2.4. Dövlət qurumları tərəfindən növbəti
ildə məhsullara tələbat barədə
təqdim olunan məlumatları Cəmiyyət
rezidentlərə elan
edir.
2.5. YT Parkda istehsal olunan məhsullar, onların texniki xüsusiyyətləri və
sifarişçi təşkilatlar
tərəfindən tələb
edilə biləcək
digər zəruri məlumatlar YT Parkın rezidentləri tərəfindən
Cəmiyyətə təqdim
edilir.
2.6. Cəmiyyət YT Parkın
rezidentləri tərəfindən
təqdim edilmiş məhsullara dair məlumatları ümumiləşdirərək,
hər il
1 dekabr tarixinədək
dövlət qurumlarına
göndərir.
2.7. Dövlət sifarişinin
həyata keçirilməsi
məqsədilə dövlət
qurumları tenderlərdə
(sorğularda) digər
iştirakçılarla bərabər
şəraitdə iştirak
üçün rezidentlərə
tələb olunan texniki və təşkilati dəstək
göstərirlər. Bu məqsədlə dövlət
qurumları tərəfindən
əlaqələndirici şəxslər
təyin edilir və bu barədə
Cəmiyyətə məlumat
verilir.
2.8. YT Parkda istehsal olunan məhsulların keyfiyyət göstəriciləri
xaricdən idxal olunan məhsulların keyfiyyət göstəriciləri
ilə eyni olduqda, dövlət qurumları və təşkilatları tərəfindən
YT Parkda istehsal olunan məhsullara “Dövlət satınalmaları
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq güzəştli düzəliş
tətbiq edilir.
2.9. Rezidentin təqdim etdiyi məhsulun əvəzinə xarici və ya rezident
olmayan yerli istehsalçı tərəfindən
istehsal olunan analoji məhsul seçildikdə və rezidentlərlə satınalma
müqaviləsinin bağlanılması
ilə nəticələnməyən
satınalma prosedurları
qurtardıqdan sonra sorğu əsasında sifarişçi dövlət
qurumları “Dövlət
satınalmaları haqqında”
Azərbaycan Respublikasının
Qanununda nəzərdə
tutulmuş müvafiq məlumatları Cəmiyyətə
təqdim edirlər.
2.10. Tenderlər
(sorğular) nəticəsində
rezidentlərin təqdim
etdiyi məhsul seçildikdə, dövlət
qurumları tərəfindən
dövlət büdcəsində
nəzərdə tutulmuş
vəsait çərçivəsində
Azərbaycan Respublikasının
Mülki Məcəlləsinə
uyğun olaraq rezidentlərlə satınalma
müqaviləsi bağlanılır.
2.11. Satınalma
müqaviləsinə uyğun
olaraq YT Parkda istehsal olunan məhsullara tələbat
sifarişin icra tarixindən gec olmayaraq rezidentlər tərəfindən təmin
edilir.
2.12. YT Parka ünvanlanmış
sifarişlər və
onların icrasına dair məlumatlar, habelə sifariş
etmiş təşkilatlar,
imzalanmış satınalma
müqavilələri, sifarişdən
imtinalar və bu imtinaların əsaslarına dair məlumatlar Cəmiyyət
tərəfindən Azərbaycan
Milli Elmlər Akademiyasına təqdim edilir. Azərbaycan Milli Elmlər Akademiyası bu məlumatları ümumiləşdirərək,
təklif və şərhləri ilə birgə, cari ildə dövlət sifarişlərinin təqdim
edilməsi vəziyyətinə
dair hesabatları hər il noyabr
ayının 20-dək əvvəlki
ildə dövlət sifarişlərinin həyata
keçirilməsinə dair
hesabatları isə növbəti ilin yanvar ayının 30-dək Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə təqdim
edir.
2.13. Azərbaycan Milli Elmlər Akademiyası YT Parkın fəaliyyəti barədə illik hesabatı Azərbaycan Respublikasının Prezidentinə
təqdim edərkən,
YT Parkda istehsal olunan və dövlət sifarişləri
üçün təklif
edilən məhsulların
"Azərbaycan Milli
Elmlər Akademiyası
(AMEA) Yüksək Texnologiyalar
Parkının yaradılması
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 8 noyabr tarixli 2425 nömrəli Sərəncamına uyğun
olaraq innovasiya və yüksək texnologiya keyfiyyətlərinə
malik olduğunu əsaslandırır.
2.14. Azərbaycan Respublikasının
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyi dövlət qurumları tərəfindən
sifarişlərin təqdim
olunması və nəticədə müvafiq
satınalma müqavilələrinin
imzalanması vəziyyəti
barədə məlumatları
dövlət satınalmaları
üzrə illik hesabatlarında əks etdirir.
3. Dövlət qurumları tərəfindən verilən
sifarişlərin maliyyələşdirilməsi
3.1. Sifariş verən dövlət qurumları tərəfindən növbəti
il üzrə
YT Parkda istehsal olunan məhsullara tələbat bu məqsədlər üçün
dövlət büdcəsindən
onlara ayrılmış
vəsaitlər nəzərə
alınmaqla müəyyən
edilir.
3.2. Bu Qaydanın məqsədləri
üçün dövlət
qurumlarının maliyyələşdirilməsi
xəzinədarlıqla bağlı
normativ hüquqi aktların tələblərinə
uyğun olaraq müvafiq maliyyələşmə
sifarişinə və
məxaric cədvəllərinə
əsasən aparılır.
3.3. Ayrılmış vəsaitin
rezidentlərin hesabına
köçürülməsi bu Qaydanın 2.10-cu bəndinin tələbləri
nəzərə alınmaqla
bağlanılmış satınalma
müqaviləsinin şərtlərinə
uyğun olaraq, müvafiq xərc sənədləri əsasında
xəzinədarlıq orqanları
tərəfindən həyata
keçirilir.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti.- 2019.-
11 may.- S.6.