Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi
üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın,
“Rezidenturada həkim-mütəxəssis
hazırlığı aparılan ixtisasların Təsnifatı”nın
və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən
düşmüş bəzi qərarlarının
Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il
14 iyun tarixli 95 nömrəli, “Ali təhsilin doktorantura səviyyəsi
üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi
haqqında” 2012-ci il 15 mart tarixli 65 nömrəli və
“Çətin həyat şəraitində olan şəxslərə
(ailələrə) dövlət büdcəsinin vəsaiti
hesabına göstərilən sosial xidmətin zəmanət
verilmiş həcmi”nin təsdiq edilməsi barədə”
2014-cü il 22 aprel tarixli 108 nömrəli qərarlarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 217
Bakı şəhəri,
10 may 2019-cu il
“Psixoloji
yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il
7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 yanvar tarixli
482 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin
icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, ¹ 6, maddə 568; 2012, ¹ 4, maddə 388, ¹
5, maddə 492; 2013, ¹ 3, maddə 331, ¹ 8, maddə 1003; 2015, ¹ 6,
maddə 787; 2016, ¹ 3, maddə 620; 2017, ¹ 2, maddə 289, ¹ 3, maddə
492, ¹ 9, maddə 1735; 2018, ¹ 2, maddə 359; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 mart tarixli 103
nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ali təhsilin
magistratura səviyyəsi üzrə ixtisasların
(ixtisaslaşmaların) Təsnifatı”nın “2. Humanitar və
sosial ixtisaslar qrupu” bölməsinin “060209 Psixologiya”
ixtisasına “Klinik” sözündən sonra “(tibbi)” sözü
əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 3, maddə 262; 2014, ¹ 6, maddə 743; 2015, ¹ 8, maddə 973; 2016, ¹ 7, maddə 1363; 2018, ¹ 9, maddə 1910) ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “61. Psixologiya” bölməsində “Tibbi” sözü “Klinik (tibbi)” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 4, maddə 452; 2017, ¹ 4, maddə 631; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 mart tarixli 80 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin 2.1.1.1-ci yarımbəndində “psixodiaqnostika” sözü “psixoloji müayinə” sözləri ilə əvəz edilsin.
Novruz Məmmədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 14 may.- S.3.