“Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 fevral tarixli 44 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı 

¹ 218   

Bakı şəhəri, 13 may 2019-cu il

 

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1449-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 870 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 fevral tarixli 44 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 2, maddə 199; 2016, ¹ 3, maddə 582; 2017, ¹ 9, maddə 1757; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 mart tarixli 129 nömrəli və 11 aprel tarixli 162 nömrəli qərarları) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Hərbi Ovçuluq ­İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 5.3-cü bənddə “25” rəqəmləri “50” rəqəmləri ilə əvəz edilsin.

2. 6.4.9-cu yarımbəndə “müstəqil”, 8.3.9-cu yarımbəndə isə “aidiyyəti” sözlərindən əvvəl “Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də” sözləri əlavə edilsin.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 14 may.- S.3.