Azərbaycan İslam ölkələri ilə
əməkdaşlığa xüsusi önəm verir
Azərbaycan İslam həmrəyliyi
işinə böyük
töhfə verir, biz İslam Əməkdaşlıq
Təşkilatının fəal
üzvüyük. Azərbaycanın
təşəbbüsü ilə İƏT Gənclər
Forumu, İƏT Əmək
Mərkəzi və
İƏT-ə üzv dövlətlərin
Jurnalistlər Assosiasiyası
yaradılmışdır. 2017-ci il Azərbaycanda
“İslam Həmrəyliyi
ili” elan edilib. Azərbaycan islamofobiyaya qarşı
fəal mübarizə
aparan ölkələrin
ön sırasındadır.
2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları
keçirilib. Bu möhtəşəm idman,
dostluq, qardaşlıq
bayramı bir daha bütün dünyaya göstərdi ki, İslam sülh, mərhəmət,
bərabərlik dinidir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin müqəddəs
Ramazan ayı münasibətilə müsəlman
ölkələrinin Azərbaycandakı
səfirlərini və
diplomatik nümayəndəliklərinin
rəhbərlərini qəbul
etməsi artıq ənənə şəklini
alıb. Bu ənənə, sözün
həqiqi mənasında,
xarici siyasətimizin əsas istiqamətlərindən
olan İslam həmrəyliyinə verilən
töhfələrdəndir. Dövlət
başçımızın həmin görüşlərdəki
çıxışları isə “İslam həmrəyliyinin gücləndirilməsi
zamanın çağırışıdır”
tezisinin həyata keçirilməsi kimi qiymətləndirilir.
Cənab
Prezident builki görüşdə
xatırlatdı ki, müsəlman ölkələri ilə bizim çox sıx əməkdaşlığımız
var: “Siyasi sahədə fəal dialoq aparılır. ƏIbəttə, çox istərdik
ki, iqtisadi sahədə daha da fəal əməkdaşlıq
olsun. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı
sərmayə qoyuluşu,
digər sahələrdə
birgə fəaliyyətimiz
xalqlarımız üçün
çox böyük əhəmiyyət kəsb
edə bilər.
Müsəlman ölkələrinin rəhbərləri ilə
çoxsaylı görüşlərimdə
bu məsələlər
daim gündəlikdədir.
Əlbəttə, biz çox istərdik
ki, təmsil etdiyiniz ölkələrdən
olan şirkətlər
Azərbaycanda müxtəlif
layihələrdə daha
fəal iştirak etsinlər”.
Qeyd edək
ki, bu qəbildən
olan tədbirlər haqqında söz açarkən, xüsusilə
vurğulanmalı məqamlardan
biri də əməkdaşlıq etdiyimiz
müsəlman ölkələri
ilə müxtəlif
beynəlxalq təşkilatlar
çərçivəsində də əməkdaşlıq
və tərəfdaşlıq
əlaqələrimiz mövcuddur
və biz həmin əlaqələrin səmərəsini
daim görürük. Dövlət başçımızın da
dediyi kimi, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında
bir-birimizə qarşılıqlı
dəstək göstəririk.
Bu qarşılıqlı dəstək bizim əlaqələrimizin yüksək
səviyyədə olmasının
təzahürüdür.
Dövlət başçımız bütün beynəlxalq təşkilatların tribunasından
çıxış edərkən
və ya istənilən ictimai-siyasi
tədbirdəki
kimi, dindaşımız
olan ölkələrin
diplomatları ilə görüşdə də
Ermənistan–Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsini
yada saldı və bu münaqişənin həlli ilə bağlı müsəlman ölkələrinin
dəstəyinin
bizim üçün
çox əhəmiyyətli
olduğunu vurğuladı:
“Bildiyiniz kimi, Ermənistan Azərbaycanın
ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və onun ətrafında yerləşən 7 rayonu uzun illərdir işğal altında saxlayır. Bu münaqişə
və etnik təmizləmə siyasəti
nəticəsində 1 milyondan
artıq azərbaycanlı
öz doğma torpağında qaçqın-köçkün
vəziyyətinə düşmüşdür.
Bu, beynəlxalq hüququn pozulmasıdır.
Baxmayaraq,
beynəlxalq təşkilatlar
bu məsələ ilə bağlı müxtəlif qərar və qətnamələr
qəbul etmişlər,
əfsuslar olsun ki, işğalçı
dövlətə lazımi
təzyiqi göstərmirlər.
BMT Təhlükəsizlik Şurası
– dünyanın ali orqanı 4 qətnamə qəbul edib və bu
qətnamələrdə göstərilir
ki, işğalçı
qüvvələr işğal
edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır.
Ancaq bu qətnamələr kağız üzərində
qalıb və bu, ikili standartların
təzahürüdür. Bütün dünya Azərbaycanın ərazi
bütövlüyünü tanıyır... Beynəlxalq təşkilatlarda bizə göstərilən
dəstəyə görə
müsəlman ölkələrinə
bir daha təşəkkürümü bildirirəm”.
Bu istiqamətdə həyata
keçirilən tədbirlər
və qeydə alınan faktlar çox olsa da, birini xatırlatmaq
istərdik. Məsələn, 2018-ci il mayın 5-də Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə şəhərində keçirilmiş
İslam Əməkdaşlıq
Təşkilatının Xarici
İşlər Nazirlər
Şurasının 45-ci iclasının
nəticələri bizim
milli maraqlarımız
baxımından səmərəli
olmuşdur. Belə ki, ölkəmizlə bağlı ənənəvi
qətnamələr (Ermənistan
Respublikasının Azərbaycan
Respublikasına qarşı
təcavüzü”, “Xocalı qırğınının qurbanları
ilə həmrəylik”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi”, “Ermənistan
Respublikasının Azərbaycan
Respublikasına qarşı
təcavüzü nəticəsində
Azərbaycanın işğal
olunmuş torpaqlarında
İslam dininə aid tarixi və mədəni abidələrin
və izlərin dağıdılması və
təhqir olunması”, “Dialoq və Əməkdaşlıq
üzrə Gənclər
Forumu”na dair qətnamələr) qəbul
edilmişdir.
Xatırladaq ki, Azərbaycan da öz növbəsində,
beynəlxalq təşkilatlarda
müsəlman ölkələrini
daim dəstəkləyir. Dövlətimiz İslam həmrəyliyinin gücləndirilməsinə
çox böyük əhəmiyyət verir və bu istiqamətdə
əməli addımlar
atılır. Azərbaycanda keçirilmiş çoxsaylı
tədbirlər İslam
həmrəyliyinin möhkəmlənməsinə
xidmət göstərir.
Bu istiqamətdə olan
faktlar da çoxdur. Ancaq onlardan da birini yada salmaq
istərdik. Belə
ki, 2017-ci il dekabrın 13-də İstanbulda
İslam Əməkdaşlıq
Təşkilatının o vaxtkı sədri Türkiyə Respublikasının
təşəbbüsü ilə Qüds məsələsinə dair
fövqəladə Zirvə
toplantısı keçirilmişdi.
“Qüdslə həmrəylik üçün
birlikdə hərəkət”
devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən
dövlət və hökumət başçıları
qatılmışdı.
Müsəlmanlar İslamın ilk qibləsi və üç müqəddəs məscidindən biri olan Əl-Aqsanın yerləşdiyi Qüds şəhərinin tarixi və hüquqi statusuna edilən təcavüzü müzakirə etmək üçün bir araya gəlmişdilər. Həmin Zirvə sammitində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin dilə gətirdiyi fikirlər bütün müsəlman dünyasında qəzetlərin manşetinə çıxarılmışdı: “Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi etmişdir. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzrə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilmişdir. Konfransda Şərqi Qüdsün işğalı və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat qəbul edilmişdir. Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq”.
Yeri gəlmişkən, mayın 17-də Prezident İlham Əliyevin müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edərkən Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim çıxış edərək dedi: “Müsəlman ümmətinin əziz, ayrılmaz və vacib bir üzvü kimi, Azərbaycan müsəlman aləminin Dağlıq Qarabağdan tutmuş Əl-Qüds, Əl-Şərif, Kəşmirə qədər və digər işğal olunmuş müsəlman əraziləri ilə bağlı məsələlərdə ədalətli haqq işini böyük səylə dəstəkləmiş, habelə bu günün çoxsaylı çağırışları ilə mübarizədə birgə səylərin önündə olmuşdur. Bunlardan biri də məkrli və yanlış məfhum olan islamofobiya ilə mübarizə aparmaqdır”.
Bütün bunlar isə sübut edir ki, Azərbaycan dövləti xarici siyasətinin əsas istiqamətlərindən olan İslam ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu önəmin qarşılığı olaraq müsəlman dünyasından möhtəşəm dəstək alır.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2019.- 19
may.- S.1.