Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun adının verilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı 

¹ 222   

Bakı şəhəri, 15 may 2019-cu il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycanın Milli Qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərovun adının əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərovun adı verilsin.

2. Azərbaycan Respublikasının Təhsil NazirliyiSamux Rayon İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 19 may.- S.3.