“Azərbaycan
Respublikasında elektron imza
və elektron sənədlə
bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli
Qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 223
Bakı şəhəri, 15 may 2019-cu il
“Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il
27 sentyabr tarixli 935 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət
mülkiyyətində olan
və paylarının
(səhmlərinin) nəzarət
zərfi dövlətə
məxsus olan hüquqi şəxslərdə
və büdcə təşkilatlarında kargüzarlığın
aparılmasına dair
Təlimat”da dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 1 fevral tarixli 510 nömrəli Fərmanının
2.2-ci bəndinin icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2006-cı il
28 yanvar tarixli 27 nömrəli Qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, ¹ 1, maddə 56; 2008, ¹ 1, maddə 39; 2014, ¹ 6, maddə
747, ¹ 9, maddə 1124; 2016, ¹ 1, maddə 173; 2017, ¹ 3, maddə
480; 2019, ¹ 1, maddə 158) ilə
təsdiq edilmiş “Elektron sənədlərin
mübadiləsi Qaydası”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 6.1-ci bənddə “elektron və ya kağız-uçot
jurnallarında aparılır”
sözləri “elektron
sənəd dövriyyəsi
sistemi vasitəsilə
həyata keçirilir”
sözləri ilə əvəz edilsin.
2. 6.2-ci bənddə “elektron jurnallarda” sözləri “elektron sənəd dövriyyəsi sistemində”
sözləri ilə əvəz edilsin.
3. 7.2-ci bənddən “müvafiq uçot jurnallarının,”
sözləri çıxarılsın.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti.- 2019.-
19 may.- S.3.