Azərbaycan regionlarının

inkişafında bələdiyyələrin rolu

 

əvvəli qəzetin 19 may tarixli sayında

 

Göstərilən vəzifələrin yerinə yetirilməsində bələdiyyələrin səmərəli fəaliyyətlərini şərtləndirən ən əsas amil onların əlində cəmləşən maliyyə vəsaitlərinin real həcmi, büdcə gəlir və xərclərinin istifadəsinin təşkilidir.

Reallıqda bu məsələni qiymətləndirmək üçün Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən respublika bələdiyyələrinin son illərdə sahələr üzrə büdcə gəlirlərinin və xərclərinin müqayisəli təhlillərinə nəzər salaq.

2005-ci ildə respublika bələdiyyələrinin illik büdcə gəliri 24,3 milyon manat, vergilərdən daxil olma 6,2 milyon manatyaxud 25,6 faiz, vergi olmayan gəlirlər 15,9 milyonyaxud 65,6 faiz olmuşdur. 2008-ci ildə büdcə gəliri 43 milyon manat, vergi gəlirlərinin xüsusi çəkisi 25,3 faiz, vergi olmayan gəlirlərin xüsusi çəkisi isə 25,3 faiz təşkil etmişdi. Son illərlə müqayisə etsək, görərik ki, respublika bələdiyyələrinin illik büdcə gəliri 2008-ci ilə nisbətən azalaraq 2015-ci ildə 30,8 milyon, 2017-ci ildə 36 milyon manat olmuşdur. Vergilərdən daxil olma isə nisbətən artaraq müvafiq şəkildə 37,6 milyon manatyaxud 40,5 faiz olmuşdur.

Bələdiyyələrin illik büdcə gəliri əsasən fiziki şəxslərin əmlak və torpaq vergisindən 40,5 faiz və bələdiyyə torpaqlarının özəlləşməsindən və icarəyə verilməsi hesabına 36,4 faiz formalaşmışdır. Mədən vergisi 1,1 faiz, əmlakın istifadəsindən gələn gəlir 0,1 faiz, fizikihüquqi şəxslərin maliyyə yardımı 1 faiz olmuşdur.

Dövlət büdcəsindən verilən dotasiyasubsidiyalar 5 milyon manatyaxud 14,4 faiz təşkil etmişdir.

Respublika üzrə 1607 bələdiyyənin illik büdcə gəliri 2017-ci ildə 36 milyon manatorta hesabla hər bələdiyyənin gəliri ildə 22,4 min manat, ayda isə 1866 manat, dövlət büdcəsindən verilən maliyyə yardımı isə ildə 3100 manat təşkil edir.

Reallıqda göstərilən maliyyə ilə müvafiq qanunlarda bələdiyyələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilmə səviyyəsini müəyyənləşdirmək olar. 2017-ci ilə ölkə üzrə bələdiyyə büdcəsinin xərcləri cəmi 35,7 milyon manat təşkil etmiş və aşağıdakı sahələrə xərclənmişdir: bələdiyyə orqanlarının saxlanmasına 59,1 faiz, mənzil-komunal xərcləri 20 faiz, nəqliyyat və rabitə xərcləri 7,2 faiz. Məlumdur ki, bələdiyyələrin 60-70 faizinin özünəməxsus idarə binası olmadığından müqavilə əsasında kirayədə fəaliyyət göstərirlər.

Buradan belə nəticəyə gəlmək olar ki, bələdiyyələrin illik büdcə gəlirlərinin 86,3 faizi onların öz tələbatlarını – aparat işçilərinin, sədrin və bələdiyyə üzvlərinin əmək haqqını, kommunal xərclərini və xidməti istifadədə olan maşınların yanacaqtexniki təmir xərclərini ödəyir. Deməli, ərazinin sosial-iqtisadi problemlərinin həlli və yerli əhalinin rifahının yaxşılaşdırılmasında bələdiyyələrin real imkanları yox dərəcəsindədir.

2017-ci ildə respublikanın iqtisadi rayonları üzrə bələdiyyə büdcəsinin illik gəlir və xərclərinə diqqət yetirsək, həmin mənzərəni daha aydın görə bilərik. Belə ki, Naxçıvan MR-da 170 bələdiyyənin büdcə gəliri 758,7 min manat, xərcləri 741,6 min manat, Bakı şəhəri üzrə 53 bələdiyyənin büdcə gəliri 9728,8 min manat, xərcləri isə 9767,2 min manat, Abşeron iqtisadi rayonu üzrə 30 bələdiyyənin büdcə gəliri 4604 min manat, xərcləri 4588,5 min manat, Gəncə-Qazax iqtisadi rayonunda 265 bələdiyyənin büdcə gəliri 4145,8 min manat, xərcələri 4066,7 min manat, Şəki-Zaqatala iqtisadi rayonu 145 bələdiyyənin büdcə gəliri 4436,3 min manat, xərcləri 4279,4 min manat, Lənkəran iqtisadi rayonu üzrə 179 bələdiyyənin büdcə gəliri 1811,3 min manat, xərcləri 1844,2 min manat, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 127 bələdiyyənin büdcə gəliri 3344 min manat, xərcləri 3275 min manat, Aran iqtisadi rayonu üzrə 467 bələdiyyənin büdcə gəliri 5724,4 min manat, xərcləri 5667,1 min manat, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 60 bələdiyyənin büdcə gəliri 288 min manat, xərcləri 285,7 min manat, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 110 bələdiyyənin büdcə gəliri 1237,4 min manat, xərcləri isə 1196 min manat olmuşdur.

Bir sıra ölkələrdə paytaxt şəhərləri ÜDM-nin çox hissəsini təmin etməklə ölkə iqtisadiyyatında mühüm rol oynayırlar. Məsələn, qonşu Gürcüstanda ÜDM-nin 66, Latviyada 56, Moldovada 60, Estoniyada 50 faizini təşkil edir.

Statistik məlumatların təhlili göstərir ki, respublikamızda bələdiyyə büdcəsinin gəliri dövlət büdcə gəlirlərinin 0,1-0,4 faizini təşkil edir. Yerli özünüidarəetmə orqanlarının büdcə gəlirlərinin dövlət büdcəsinə nisbəti inkişaf etmiş ölkələrdə, məsələn, ABŞ-da 78, AFR-də 77, Fransada 81, Rusiyada 73, Belçikada 82, İtaliyada 68, Böyük Britaniyada 75, Türkiyədə 68 faiz təşkil edir.

Yerli büdcənin real təlabatının müəyyən qədər ödənilməsi və dövlət büdcəsinin yerli xərclərinə uyğunluğunun təmin edilməsi məqsədilə bələdiyyələrə verilən dotasiyanın xüsusi əhəmiyyəti olmasına baxmayaraq, ümumən, ildə 3,5 milyon manatya hər bələdiyyəyə ayrılıqda ildə 2178 manat verməklə real tələbatı ödəmək mümkün deyil.

Bələdiyyələrin illik büdcə gəlirlərinin 85-90 faizinin yalnız özlərinin saxlanmasına sərf edildiyindən büdcə gəlirinin qalan 10-15 faizi olan 3600 manatla, aylıq isə 300 manatla göstərilən problemləri həll etmək imkan xaricindədir.

Göstərilən problemlərin həlli məqsədilə bələdiyyələr banklardan qısa və uzun müddətə güzəştli kredit götürsələr, sonra onları qaytarmaqda problem yaranacaq.

Belə ki, 1208 bələdiyyənin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 13 milyon manat borcu var. Bundan 9 milyon manatı əsas borc, 4 milyon manatı isə borca görə hesablanan pensiyadır. 2019-cu ilin yanvarına Bərdə bələdiyyələrinin 825 min, Yevlax bələdiyyələrinin 166 min, Ağsu bələdiyyələrinin 145 min, Bakı şəhəri, Əmircan bələdiyyəsinin 28 min manat başqa rayonların DSMF-ya borcu vardır.

Aparılan statistik təhlillərə əsasən, aşağıdakı bələdiyyələr öz fəaliyyətləri ilə nisbətən fərqlənmişlər: Bakı şəhəri Yasamal, Nərimanov Mərdəkan bələdiyyələri, Abşeron rayonu Masazır bələdiyyəsi Zərdab rayon bələdiyyələri büdcə vəsaitlərini artırmaq istiqamətində bir sıra xidmət sahələri yaratmaqla əldə olunan vəsait hesabına fərqli olaraq təhsil, səhiyyə, sosial müdafiə ətraf mühitin mühafizəsinə büdcə gəlirinin 12-15 faizi qədər az olsa da xidmət göstərmişlər.

Azərbaycan bələdiyyələri üçün müəyyən edilmiş gəlir mənbələri reallıqda bələdiyyələr üçün dayanıqlı yüksək gəlir bazası formalaşdırmır, daxilolmaların azlığı yerli büdcəyə ciddi töhfə verə bilmir.

Aparılan təhlillərin nəticəsi olaraq, belə qənaətə gəlmək olar ki,  Azərbaycan bələdiyyələrinin 70-80 faizinin bugünkü təşkilatçılıq səviyyəsinin, idarəçilik qabiliyyətinin tələb olunan səviyyədə olmaması əsaslı maliyyə imkanlarının məhdudiyyəti regionların siyasi, sosial-iqtisadi problemlərinin müasir tələbata uyğun səviyyədə həll etmək imkanları məhduddur. Bunun isə obyektiv subyektiv səbəbləri var. Subyektiv səbəblər: Azərbaycanda öz fəaliyyəti ilə seçilən, cəmiyyətdə müəyyən nüfuz sahibi olan, təcrübəli bələdiyyə sədrlərimiz bələdiyyələrimiz var. Lakin onlar da müəyyən səbəblərdən mövcud potensial imkanlarından istifadə edə bilmirlər.

Ümumiyyətlə, bələdiyyələr ərazilərində olan əhalinin, fiziki hüquqi şəxslərin potensial imkanlarından istifadə edərək işbirliyi yarada əhalinin tam etimadını qazana bilməmişlər.

Regionda kiçik biznesin, sahibkarlığın inkişaf etdirilməsinə normal şərait yarada bilmirlər. Nisbətən inkişaf etmiş bələdiyyələrlə xarici dövlətlərlə işbirliyi yaratmaq təşəbbüsləri çox zəifdir.

Yerli idarəetmə səviyyəsində iqtisadiyyatın stimullaşdırılması məqsədilə ərazidə iqtisadi fəaliyyət üçün zəruri stabil iqtisadi mühit yaradılması mümkün deyil.

Ərazini yerli xarici investorlar üçün cazibəli hala salmaqla qabaqcıl ölkələrin təcrübəsindən istifadə etmək təşəbbüsü çox zəruridir.

Obyektiv səbəblər: Azərbaycan mərkəzləşdirilmiş unitar dövlət olduğunu bələdiyyələrin nisbətən Fransız-kontinental ailə modeli əsasında formalaşdığını nəzərə alsaq, bələdiyyələrin fəaliyyətinə yuxarı orqanların nümayəndəsinin müdaxiləsi olmalıdır. Lakin Azərbaycan Avropa Şurasının üzvü kimi, yerli özünüidarəetmə orqanlarının yaradılması idarə olunması haqqındakıAvropa Xartiyası”na əməl edilməlidir. Bu qanuna əsasən, bələdiyyələrin tələbatının ödənilməsi məqsədilə real maliyyə mənbələri ilə təmin olunmalıdır.

Qardaş Türkiyə Azərbaycan kimi unitar dövlətdir. Lakin burada idarəçilik sistemi əks-mərkəzləşmə prinsipinə əsaslanmış bütün növ yerli əhəmiyyətli məsələlərin sərbəst həlli bələdiyyələrə həvalə edilmişdir.

Azərbaycanda bələdiyyələrin bir institut kimi formalaşmasına fəaliyyətinə nisbətən maneə olan obyektiv səbəblərdən olan dövlətçiliyin kifayət qədər mərkəzləşdirilməsi bələdiyyələrin səlahiyyətlərinin tam müstəsna olmaması, onların real ehtiyaclarına uyğun gəlir mənbələrinin azlığı, vergitutmanın büdcələrarası münasibətlərin tənzimlənməməsi sahəsində təkmil mexanizmlərin yoxluğu, mövcud 60-dan çox qanunlarda olan boşluqlar, ziddiyətli qeyri-müəyyən normaların mövcudluğu sairdir.

Yekun olaraq belə qənaətə gəlmək olar. Azərbaycanda fəal regional siyasətin formalaşması regionlarda sosial-iqtisadi inkişaf dövlət proqramlarının müvəf-fəqiyyətlə yerinə yetirilməsində yerli bələdiyyələrin rolu qaneedici deyil. Bələdiyyələrin fəaliyyətinin müasir tələbata cavab verməsi üçün yerli idarəetmə sahəsində islahatlar aparılmalı göstərilən problemlər öz həllini tapmalıdır. Əsas etibarilə, mövcud qanunlarda olan boşluqlar doldurulmalıdır. Yerli icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında səlahiyyət bölgüsü dəqiqləşdirilməli bələdiyyələrin səlahiyyətlərinin tam müstəqilliyi təmin olunmalıdır. Onlara verilən səlahiyyətləri yerinə yetirmək üçün real maliyyə mənbələri, vergi ödəyiciləri vergi toplama mexanizmləri təkmilləşdirilməlidir. Bələdiyyələrin fəaliyyətini artırmaq, yeni yerləri məşğulluq sahələri təşkil etmək üçün istehsal, xidmət, emal müəssisələrinin sosial obyektlərin yaradılması məqsədilə dövlət büdcəsindən bələdiyyələrin inkişafına dotasiya, subsidiya banklardan faizsiz kreditlərin verilməsi onların fəaliyyətində həlledici rol oynaya bilər.

 

İbrahimxəlil İbrahimov,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının dosenti

 

Xalq qəzeti.- 2019.- 21 may.- S.5.