“Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 227 

Bakı şəhəri, 20 may 2019-cu il

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 15-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 3, maddə 305; 2009, ¹ 2, maddə 141; 2011, ¹ 11, maddə 1063; 2014, ¹ 8, maddə 1008; 2016, ¹ 4, maddə 808; 2017, ¹ 2, maddə 323; 2018, ¹ 7 (II kitab), maddə 1642) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. “Kollegiyanın sədri” bölməsindən “Bayramov Ceyhun Əziz oğlu - ” sözləri çıxarılsın.

2. “Kollegiyanın üzvləri” bölməsi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikası təhsil nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının təhsil naziri

Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Respublikası Təhsil ­Nazirliyi Aparatının rəhbərinin müavini”.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 22 may.- S.7.