“AzerGold”
Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2016-cı il 11 may tarixli 187 nömrəli Qərarında dəyişikliklər
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 231
Bakı şəhəri, 20 may 2019-cu il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 may tarixli 187 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 5, maddə 947) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 4.5.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.5.4-cü yarımbənd əlavə edilsin:
“4.5.4. əsas fəaliyyət sahəsi üzrə yaranan və ya istifadəsinə ehtiyac olan tullantılar, ümumi yayılmış faydalı qazıntılar və bu qəbildən olan xammalın satışından əldə edilmiş gəlirlər.”.
2. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“6.1. Cəmiyyətin Müşahidə Şurası (bundan sonra – Müşahidə Şurası) ümumi rəhbərliyi və Cəmiyyətin fəaliyyəti üzərində nəzarəti həyata keçirir.”.
3. 6.6.2-ci yarımbəndə “barədə” sözündən sonra “və illik fəaliyyət planlarına dair” sözləri əlavə edilsin.
4. 6.6.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“6.6.3. Cəmiyyətin Müşahidə Şurasının fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və icrasına nəzarət edir, habelə Cəmiyyətin icra strukturlarının və əməkdaşlarının fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunması qaydalarının icrasına nəzarət edir.”.
5. 6.6.4-cü, 6.6.6-cı və 6.6.8-ci yarımbəndlər ləğv edilsin.
6. 6.6.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“6.6.7. İdarə Heyətinin müraciəti əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq seçilmiş kənar auditoru və ona ödəniləcək xidmət haqqının miqdarını təsdiq edir.”.
7. 6.6.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:
“6.6.10. Kredit öhdəliklərinin Cəmiyyət tərəfindən qəbuluna razılıq verir;”.
8. 6.6.11-ci yarımbənddən “Nizamnaməsinə və strukturuna, habelə” sözləri çıxarılsın.
9. 7.5.2-ci yarımbəndə “strukturuna” sözündən sonra “dair ümumi yığıncağa” sözləri əlavə edilsin.
10. 7.5.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“7.5.3. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir, kredit öhdəliklərinin Cəmiyyət tərəfindən qəbuluna razılıq verilməsi üçün Müşahidə Şurasına təkliflər verir, habelə Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərarın qəbul edilməsi üçün Nazirliyə müraciət edir;”.
11. 7.5.5-ci yarımbəndə “barədə” sözündən sonra “və illik fəaliyyət planlarına dair” sözləri əlavə edilsin.
12. 7.5.11-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.5.12 - 7.5.14-cü yarımbəndlər əlavə edilsin:
“7.5.12. Cəmiyyətin icra strukturlarının və əməkdaşlarının fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir;
7.5.13. seçilmiş kənar auditor və ona ödəniləcək xidmət haqqının miqdarının təsdiq edilməsi üçün Müşahidə Şurasına müraciət edir;
7.5.14. Cəmiyyətə işə qəbul, o cümlədən əməkdaşların qiymətləndirilməsi qaydalarını müəyyən edir.”.
13. 8.1.9-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:
“8.1.9. Cəmiyyətin fəaliyyətinə dair daxili qaydaları, idarəetmə prosedurlarını, habelə onun aparatının struktur bölmələrinin, idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin əsasnamələrini və nizamnamələrini təsdiq edir;”.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 22 may.- S.7.