Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bəzi istehlak mallarının istehsalı və dövriyyəsi ilə əlaqədar dövlət tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 289 nömrəli Fərmanının icrası barədə” 2005-ci il 21 dekabr tarixli 235 nömrəli, “Gömrük ekspertizasının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 27 avqust tarixli 232 nömrəli, “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 5 sentyabr tarixli 247 nömrəli, “Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 3 oktyabr tarixli 286 nömrəli, “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 22 iyul tarixli 263 nömrəli və “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fizikihüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2017-ci il 6 dekabr tarixli 542 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 232 

Bakı şəhəri, 20 may 2019-cu il

Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1923 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Bəzi istehlak mallarının istehsalı və dövriyyəsi ilə əlaqədar dövlət tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 289 nömrəli Fərmanının icrası barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 dekabr tarixli 235 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1234; 2007, ¹ 6, maddə 698; 2008, ¹ 4, maddə 309; 2009, ¹ 1, maddə 32; 2014, ¹ 2, maddə 201, ¹ 7, maddə 932; 2016, ¹ 5, maddə 955, ¹ 9, maddə 1585, ¹ 10, maddə 1741; 2018, ¹ 8, maddə 1817) 1-ci, 3-cü və 4-cü hissələri ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 8, maddə 1030; 2015, ¹ 5, maddə 630; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 mart tarixli 72 nömrəli Qərarı) ilə təsdiq edilmişGömrük ekspertizasının aparılması Qaydaları”nın 3.3.6-cı yarımbəndinə “(şəhadətnamələrin)” sözündən sonra “, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatının, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 sentyabr tarixli 247 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 9, maddə 1127; 2015, ¹ 5, maddə 626) ilə təsdiq edilmişGömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın 4.3.8-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“4.3.8. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarış, qida təhlükəsizliyi sertifikatı;”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 3 oktyabr tarixli 286 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 10, maddə 1207; 2015, ¹ 4, maddə 450, ¹ 5, maddə 625; 2017, ¹ 11, maddə 2148) ilə təsdiq edilmiş “Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları”nın 8.3-cü bəndinə “(şəhadətnamələrlə)” sözündən sonra “, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatı, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışla” sözləri və “şəhadətnamə” sözündən sonra “, çıxarış” sözü əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 7, maddə 951, ¹ 12, maddə 1653; 2015, ¹ 5, maddə 615; 2016, ¹ 10, maddə 1727; 2017, ¹ 4, maddə 621, ¹ 9, maddə 1759, ¹ 11, maddə 2149; 2018, ¹ 4, maddə 824, ¹ 5, maddə 1131; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 aprel tarixli 177 nömrəli Qərarı) ilə təsdiq edilmişGömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 2.6.7-ci yarımbəndində “gigiyena sertifikatı” sözləri “qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarış, istehsalçı qeydiyyata alınmadıqda qida təhlükəsizliyi sertifikatı” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab), maddə 2490) ilə təsdiq edilmişYoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fizikihüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.5-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Həmçinin yeyinti məhsullarından götürülən nümunələrin tədqiqi (sınağı) Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki laboratoriyalarda aparılır.”;

6.2. 5.1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq həyata keçirilir.”.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 22 may.- S.7.