Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Notariat hərəkətlərinin qeydi üçün
reyestrlərin, notariat şəhadətnamələrinin,
əqdlərdə və təsdiq edilən sənədlərdə
təsdiq qeydlərinin formalarının təsdiq edilməsi
haqqında” 2000-ci il 23 avqust
tarixli 148 nömrəli, “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada
alınmasına əsas olan sənədlərin
Siyahısının təsdiq edilməsi haqqında” 2000-ci il 2 sentyabr tarixli
156 nömrəli, “Notariat hərəkətlərinin
aparılması qaydaları haqqında Təlimatın təsdiq
edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli, “İpoteka
kağızı”nın formasının təsdiq edilməsi
barədə” 2005-ci il 5 sentyabr
tarixli 165 nömrəli və
“Daşınmaz əmlak üzərində hüquqların
dövlət qeydiyyatı üçün
sənədlərin qəbulu, yoxlanılması və verilməsinin
prosedur Qaydaları”nın və
“Daşınmaz əmlakın təsvirinə,
bu əmlak üzərində dövlət
reyestrində qeydə alınmış hüquqlara
və onların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair
arayışın verilməsi haqqında Təlimat”ın təsdiq
edilməsi barədə” 2015-ci il 5 oktyabr ..tarixli 319 nömrəli
qərarlarında dəyişikliklər edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 233
Bakı şəhəri,
20 may 2019-cu il
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 867 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə və 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (III kitab), maddə 652; 2005, ¹ 8, maddə 782, ¹ 12, maddə 1228; 2006, ¹ 2, maddə 203; 2008, ¹ 8, maddə 787; 2013, ¹ 5, maddə 577; 2014, ¹ 10, maddə 1314; 2016, ¹ 11, maddə 1936; 2018, ¹ 3, maddə 627; 2019, ¹ 1, maddə 169; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 mart tarixli 79 nömrəli və 28 mart tarixli 131 nömrəli qərarları) ilə təsdiq edilmiş 50 nömrəli forma – “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında İCRA QEYDİ” formasında “38.1-ci maddəsinə əsasən həmin sənədlər üzrə ipoteka saxlayan” sözləri “38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 682; 2002, ¹ 3, maddə 145; 2003, ¹ 6, maddə 342; 2005, ¹ 8, maddə 782; 2006, ¹ 10, maddə 903; 2008, ¹ 2, maddə 106; 2010, ¹ 3, maddə 264, ¹ 12, maddə 1123; 2014, ¹ 10, maddə 1315; 2016, ¹ 9, maddə 1585; 2017, ¹ 12 (II kitab), maddə 2544; 2018, ¹ 12 (II kitab), maddə 2735; 2019, ¹ 1, maddə 169; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 mart tarixli 122 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci hissəsinin “a)” və “b)” abzasları aşağıdakı redaksiyada verilsin:
“a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli;
b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 693; 2001, ¹ 11, maddə 722; 2002, ¹ 3, maddə 148, ¹ 7, maddə 455, ¹ 10, maddə 635; 2003, ¹ 10, maddə 629; 2005, ¹ 4, maddə 386, ¹ 6, maddə 534, ¹ 8, maddə 782, ¹ 10, maddə 977, ¹ 11, maddə 1061, ¹ 12, maddələr 1228, 1231; 2006, ¹ 3, maddə 297, ¹ 8, maddə 731, ¹ 9, maddə 830, ¹ 10, maddə 902, ¹ 11, maddə 994; 2008, ¹ 2, maddə 108, ¹ 4, maddə 316, ¹ 8, maddə 787; 2009, ¹ 2, maddə 148, ¹ 10, maddələr 846, 849, ¹ 12, maddə 1079; 2010, ¹ 6, maddə 555; 2011, ¹ 10, maddə 971; 2012, ¹ 3, maddə 263, ¹ 5, maddələr 489, 495, ¹ 7, maddə 777, ¹ 11, maddə 1206, ¹ 12, maddə 1354; 2013, ¹ 4, maddə 444, ¹ 5, maddə 578; 2014, ¹ 1, maddə 74, ¹ 5, maddələr 552, 589, ¹ 6, maddə 746, ¹ 8, maddə 1019, ¹ 12, maddə 1685; 2015, ¹ 12, maddə 1580; 2016, ¹ 3, maddə 611, ¹ 4, maddələr 777, 814, ¹ 6, maddə 1226, ¹ 8, maddə 1449, ¹ 11, maddə 1937; 2017, ¹ 1, maddə 135, ¹ 3, maddə 493, ¹ 6, maddə 1245, ¹ 7, maddə 1491, ¹ 9, maddə 1721, ¹ 10, maddə 1883, ¹ 12 (II kitab), maddə 2545; 2018, ¹ 2, maddə 347, ¹ 3, maddə 628, ¹ 4, maddə 789, ¹ 5, maddə 1122, ¹ 6, maddələr 1360, 1367, ¹ 9, maddə 1929, ¹ 10, maddə 2166; 2019, ¹ 1, maddə 169; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 mart tarixli 79 nömrəli və 28 mart tarixli 131 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:
3.1. 49-cu hissənin on doqquzuncu abzası ləğv edilsin;
3.2.
160-1-ci hissənin altıncı
abzası aşağıdakı
redaksiyada verilsin:
“Notariusun icra qeydi əsasında ipoteka predmetinin satılmasından əldə
olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq bölüşdürülür.”;
3.3. 161-ci
hissənin on ikinci abzasının birinci cümləsində “kredit
müqaviləsini təsdiq
etmiş notariusun depozit hesabı” sözləri “depozit hesabları” sözləri
ilə, ikinci cümləsində “Bu hissənin
on dördüncü abzası”
sözləri “Bu abzasın
birinci cümləsi” sözləri ilə əvəz edilsin;
3.4.
169-1-ci hissə aşağıdakı
redaksiyada verilsin:
“169-1. İpoteka predmetinə tutma yönəldilməsi
barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq aşağıdakı hallarda
aparılır:
a) ipoteka saxlayanın
tələbinin ipoteka
predmeti hesabına yönəldilməsi barədə
şərtlər ipoteka
müqaviləsində nəzərdə
tutulduqda;
b) ipoteka saxlayanın
hüquqları ipoteka
kağızı ilə
təsdiq edildikdə;
c) ipoteka müqaviləsi
dövlət qeydiyyatına
və Qanunda nəzərdə tutulmuş
hallarda əlavə dövlət qeydiyyatına
alındıqda;
ç) ipoteka kağızı
qanunvericiliklə müəyyən
edilmiş qaydada dövlət qeydiyyatına,
ipoteka kağızı
üzrə hüquqlar
başqa şəxsə
verildikdə isə verilmə qeydi ipoteka kağızının
dövlət qeydiyyatına
alındığı müvafiq
reyestrdə əlavə
dövlət qeydiyyatına
alındıqda;
d) ipoteka saxlayan tərəfindən “İpoteka
haqqında” Azərbaycan
Respublikası Qanununun
36.2-ci maddəsində nəzərdə
tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində
qeyd olunan digər şəxsin ünvanına, bildirişin
surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə
ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu)
və elektron üsulla göndərildikdə
və bildiriş müvafiq reyestrdə qeydə alındıqda;
e) ipoteka qoyan,
ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti
üzərində hüququ
olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında
bildirişi aldıqdan
sonra 21 təqvim günü müddətində
ipotekaya tutmanın yönəldilməsi barədə
məhkəməyə şikayət
etmədikdə;
ə) ipoteka qoyan
bildirişi aldıqdan
sonra 21 təqvim günü müddətində
əsas öhdəliyi
icra etmədikdə.
İpoteka müqaviləsində ipoteka predmetinin hərracda satılması
üsulu müəyyən
edildikdə, icra qeydi bu Təlimatın
161-ci hissəsinə (üçüncü
abzası istisna olmaqla) uyğun olaraq aparılır.”.
4. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 5 sentyabr tarixli 165 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 9, maddə
856; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2019-cu il 27 mart tarixli
123 nömrəli Qərarı)
ilə təsdiq edilmiş “İpoteka kağızı”nın formasının
“Qeyd”ində “məhkəməyə
müraciət edilmədən”
sözləri “notariusun
icra qeydi əsasında” sözləri
ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 10, maddə
1233; 2016, ¹ 8, maddə 1434, ¹ 10, maddə 1718; 2017, ¹ 2, maddə
317, ¹ 5, maddə 993, ¹ 10, maddə
1927, ¹ 12 (II kitab), maddələr
2485, 2540; 2018, ¹ 4, maddə 790, ¹ 8, maddə 1803, ¹ 10, maddə
2167; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2019-cu il 27 mart tarixli
122 nömrəli və
28 mart tarixli 133 nömrəli
qərarları) ilə
təsdiq edilmiş 1 nömrəli əlavə
- “Daşınmaz əmlak
üzərində hüquqların
dövlət qeydiyyatı
üçün sənədlərin
qəbulu, yoxlanılması
və verilməsinin prosedur Qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
5.1.
2.3-cü bəndə “göndərilir”
sözündən sonra
“, 10 nömrəli əlavə
üzrə isə ərizə xidmət bölməsinin məsul şəxsinin elektron imzası ilə 1 (bir) iş günü
müddətində təsdiq
edilməklə elektron
formada ərizəçiyə
qaytarılır” sözləri
əlavə edilsin;
5.2. 7.7-ci
bənddə “ipoteka qoyana təsdiqetmə üsulu ilə göndərilməsinə dair
qəbz” sözləri
“ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd
olunan digər şəxsin ünvanına
sifarişli poçt göndərişi (məktubu)
və elektron üsulla göndərilməsini
təsdiq edən” sözləri ilə, “sənəd” sözü isə “sənədlər”
sözü ilə əvəz edilsin;
5.3. Qaydalara 10 nömrəli əlavə - “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında
Bildiriş” forması
üzrə:
5.3.1. “Bildirişdə qeyd olunan zəruri məlumatlar”ın 7-ci sətrində
“Məhkəməyə müraciət
edilmədən” sözləri
“Notariusun icra qeydi əsasında” sözləri ilə əvəz edilsin;
5.3.2. “Ərizəyə əlavə olunan sənədlər”in 1-ci sətrində “ipoteka qoyana təsdiqetmə üsulu ilə göndərilməsinə dair qəbz” sözləri “ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsini təsdiq edən sənəd” sözləri ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 22 may.- S.7.