“Orta ixtisas təhsili müəssisələrinə
bakalavrların, ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb
təhsilinə) müvafiq ixtisaslar
üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı
(əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta
ixtisas təhsili müəssisələrinə
köçürülməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 230
Bakı şəhəri,
20 may 2019-cu il
“Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il
5 iyul tarixli 164 nömrəli Fərmanının
1.1.5-ci yarımbəndinin icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 23 may.- S.3.