“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların
keçirilməsi və peşəkar mühasib
sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 237
Bakı şəhəri, 22 may 2019-cu il
“Mühasibat
uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli
Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli
Fərmanının 1.6.2-ci yarımbəndinin icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Novruz Məmmədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 24 may.- S.2.