Azərbaycan
Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili
üçün prioritet
ixtisas istiqamətləri və
ixtisaslarının müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
№ 241
Bakı şəhəri, 27 may
2019-cu il
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 6.2.5-ci və 6.2.6-cı yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün aşağıdakı prioritet ixtisas istiqamətləri və ixtisasları müəyyən edilsin:
1. Təbiət ixtisasları istiqaməti:
1.1. riyaziyyat;
1.2. mexanika;
1.3. astronomiya;
1.4. fizika;
1.5. kimya;
1.6. biologiya elmləri;
1.7. yer elmləri;
1.8. coğrafiya.
2. Kənd təsərrüfatı
ixtisasları istiqaməti:
2.1. aqrar elmlər.
3. Səhiyyə və rifah ixtisasları istiqaməti:
3.1. tibb elmləri;
3.2. əczaçılıq elmləri;
3.3. səhiyyənin idarə edilməsi.
4. Texniki və texnoloji ixtisaslar istiqaməti:
4.1. texnika elmləri.
5. İqtisadiyyat və idarəetmə ixtisasları
istiqaməti:
5.1. iqtisad elmləri.
6. Təhsil ixtisasları istiqaməti:
6.1. pedaqogika;
6.2. psixologiya;
6.3. təhsilin idarə
edilməsi.
7. Humanitar və sosial ixtisaslar istiqaməti:
7.1. tarix;
7.2. sosiologiya;
7.3. hüquq elmləri.
Novruz Məmmədov
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq qəzeti.- 2019.- 28 may.- S.3.