Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi,
vergi orqanlarının maddi-texniki
bazasının möhkəmləndirilməsi, vergi
sahəsində elmi-texniki potensialın
artırılması məqsədi ilə Azərbaycan
Respublikası Vergilər Nazirliyinin
hesabına köçürülən vəsaitdən istifadə
Qaydası”nın təsdiq edilməsi barədə” 2017-ci il 17 oktyabr tarixli
442 nömrəli və “İşsizlikdən sığorta
haqqında” Azərbaycan Respublikası Qanununun
pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən
cərimələrdən toplanılan və həmin
orqanın hesabına köçürülən vəsaitdən
istifadə Qaydası”nın təsdiq edilməsi barədə”
2017-ci il 28 dekabr tarixli 609 nömrəli qərarlarında dəyişikliklər
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 243
Bakı şəhəri, 27 may 2019-cu il
“Azərbaycan
Respublikasında bir sıra dövlət orqanlarının
strukturunun optimallaşdırılması və idarə edilməsinin
təkmilləşdirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının
8.2-ci bəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017, ¹ 10, maddə 1904; 2018, ¹ 3, maddə 587,
¹ 9, maddələr 1927, 1938) ilə təsdiq edilmiş “Vergi
orqanları işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi, vergi orqanlarının maddi-texniki
bazasının möhkəmləndirilməsi, vergi sahəsində
elmi-texniki potensialın artırılması məqsədi ilə
Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına
köçürülən vəsaitdən istifadə
Qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 1.2-ci bənddə “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (bundan sonra - Maliyyə Nazirliyi) Dövlət Xəzinədarlığı Agentliyində” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Maliyyə Nazirliyi) yanında Dövlət Xəzinədarlıq Agentliyində” sözləri ilə əvəz edilsin;
1.2. 2.7-ci bənddə “Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə” sözləri “Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 28 dekabr tarixli 609 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab), maddə 2554) ilə təsdiq edilmiş “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanılan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 2.1-ci bəndində “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində” sözləri ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 31 may.- S.6.