Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Avropa Qonşuluq Siyasəti
çərçivəsində həyata keçirilən proqramlar üzrə Avropa
Komissiyası tərəfindən Azərbaycan
Respublikasının dövlət büdcəsinə
köçürüləcək vəsaitlərin istifadə
mexanizmi”nin təsdiq
edilməsi barədə” 2009-cu il 12 oktyabr tarixli 165 nömrəli, “Miqrasiya sahəsində qanunvericiliyin
pozulmasına görə miqrasiya
orqanları tərəfindən Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən
toplanan və Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin
hesabına keçirilən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə”
2011-ci il 28 iyun tarixli 104 nömrəli, “Azərbaycan
Respublikası Gənclər və İdman
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nın təsdiq edilməsi
haqqında” 2011-ci il 6 dekabr
tarixli 193 nömrəli və “Azərbaycan
Respublikası İpoteka və Kredit Zəmanət
Fondunun uzunmüddətli (beş
ildən artıq) ipoteka istiqrazlarına
dövlət zəmanətinin verilməsi şərtlərinin
və mexanizminin, onların
emissiyasının illik həcminin, güzəştli
ipoteka kreditlərinin maliyyələşdirilməsinə
yönəldilən hissəsinin müəyyən edilməsi
Qaydası”nın təsdiq edilməsi barədə”
2016-cı il
5 oktyabr tarixli 381
nömrəli qərarlarında dəyişikliklər edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 244
Bakı şəhəri, 27 may 2019-cu il
“Azərbaycan
Respublikasında bir sıra dövlət orqanlarının
strukturunun optimallaşdırılması və idarə edilməsinin
təkmil-ləşdirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının
8.2-ci bəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 oktyabr tarixli 165
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, ¹ 10, maddə 854; 2014, ¹ 2, maddə 201;
2015, ¹ 11, maddə 1424; 2016, ¹ 5, maddə 955) ilə təsdiq
edilmiş “Avropa Qonşuluq Siyasəti çərçivəsində
həyata keçirilən proqramlar üzrə Avropa
Komissiyası tərəfindən Azərbaycan
Respublikasının dövlət büdcəsinə
köçürüləcək vəsaitlərin istifadə
mexanizmi”nin 2.7-ci, 2.8-ci, 2.9-cu bəndlərində və həmin
mexanizmə əlavənin 3.1-ci bəndində “Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı
Agentliyində” sözləri “Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq
Agentliyində” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 iyun tarixli 104
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, ¹ 6, maddə 575; 2017, ¹ 10, maddə 1889)
ilə təsdiq edilmiş “Miqrasiya sahəsində
qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə
əsasən tətbiq edilən cərimələrdən
toplanan və Azərbaycan Respublikası Dövlət Miqrasiya
Xidmətinin hesabına keçirilən vəsaitdən istifadə
Qaydası”nın 1.3-cü bəndində “Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı
Agentliyində” sözləri “Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq
Agentliyində” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, ¹ 12, maddə 1242; 2012, ¹ 3, maddə 260;
2013, ¹ 3, maddə 346; 2016, ¹ 1, maddə 181; 2019, ¹ 1, maddə
147) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nın “I. Büdcədən maliyyələşdirilən
qurumlar:” bölməsinin 3-cü hissəsi ləğv edilsin.
4. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli
381 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 10, maddə 1699;
2017, ¹ 12 (II kitab), maddə 2500; 2018, ¹ 4, maddə 785) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət
Fondunun uzunmüddətli (beş ildən artıq) ipoteka
istiqrazlarına dövlət zəmanətinin verilməsi
şərtlərinin və mexanizminin, onların
emissiyasının illik həcminin, güzəştli ipoteka
kreditlərinin maliyyələşdirilməsinə yönəldilən
hissəsinin müəyyən edilməsi Qaydası”nın
2.1.7-ci yarımbəndində “Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi”
sözləri “Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi”
sözləri ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 31 may.- S.6.