AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 442
Bakı şəhəri, 13 noyabr 2019-cu il
“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 20-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 8, maddə 1438; 2017, ¹ 4, maddə 609) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 13 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının Maliyyə naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası Maliyyə nazirinin birinci müavini
Azərbaycan Respublikası Maliyyə nazirinin müavini
Azərbaycan Respublikası Maliyyə nazirinin müavini
Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbərinin müavini
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi
Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin direktoru
Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının Büdcə şöbəsinin müdiri
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti.-
2019.- 14 noyabr. S. 5.