Bakıda
Milli Qəhrəman Albert Aqarunovun heykəlinin
açılışı olub
Nərimanov
rayonunda ucaldılan abidənin açılışında
Prezident Administrasiyasının (PA) Millətlərarası
münasibətlər, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri, professor Etibar Nəcəfov,
Müdafiə nazirinin müavini Kərim Vəliyev, Nərimanov
Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı, Dağ Yəhudiləri Dini
İcmasının sədri Milix Yevdayev, Milli Məclisin
deputatları, Milli Qəhrəmanın qardaşı Rantik
Aqarunov və digər şəxslər iştirak ediblər.
Heykəl
Nərimanov rayonunda, Milli Qəhrəmanın adına olan
küçədə ucaldılıb. Heykəlin kompozisiyası
tanınmış heykəltaraş Ömər Eldarova məxsusdur.
Xatırladaq
ki, A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində,
yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi
başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü
olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən
Albert Aqarunov Şuşa cəbhəsində
döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli
istiqamətində gedən döyüşlərdə erməni
işğalçılarının xeyli canlı qüvvəsini,
zirehli texnikasını məhv edib. Ermənilərin
Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin
9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib.
Xalq qəzeti.- 2019.-
16 noyabr. S. 8.