Milli məkan məlumatlarının
Siyahısının və Təsnifatının təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹
448 Bakı şəhəri, 15 noyabr
2019-cu il
“Milli
məkan məlumatlarının formalaşdırılması
və inteqrasiya Qaydaları”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28
dekabr tarixli 448 nömrəli Fərmanının 4.1-ci bəndinin
icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
“Milli məkan məlumatlarının Siyahısı və Təsnifatı”
təsdiq edilsin (əlavə olunur).
2. Bu
Qərarda dəyişikliklər Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “İcra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının
hazırlanması və qəbul edilməsi qaydası
haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə
bilər.
Əli Əsədov
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq qəzeti.- 2019.- 16 noyabr. S. 3.