“2019-2023-cü illər üçün
Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı”
çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının
nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin
maliyyələşdirilməsi Qaydaları”nın təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 445 Bakı şəhəri, 13 noyabr
2019-cu il
Azərbaycan
Respublikası
Prezidentinin
2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər
Planının 6.2.2-ci yarımbəndinin icrasını təmin
etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərara alır:
“2019-2023-cü
illər üçün Azərbaycan Respublikasında ali təhsil
sisteminin beynəlxalq rəqabətliliyinin artırılması
üzrə Dövlət Proqramı” çərçivəsində
Azərbaycan Respublikası vətəndaşlarının
nüfuzlu xarici ali təhsil müəssisələrində
doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi
Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq qəzeti.- 2019.- 15 noyabr. S. 8.