“Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdır”

 

İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir biz bu prosesdən kənarda qala bilmərik... Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 Uzun illər idi ki, ölkədəgəncliyin uğurları” – deyəndə, dərhal tələbələrin, əsgərlərin idmançıların nailiyyətləri barədə düşünürdük. Doğrudur, ulu öndər Heydər Əliyev həm ötən əsrin 70–80-ci illərində, həm 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizə rəhbərlik etdiyi dövrdə mükəmməl gənclər siyasəti işləyib hazırlamış reallaşdırılmasına nail olmuşdur. Ancaq o zamanlarla indiki zamanı müqayisə etmək mümkün deyil.

 

 Ona görə Prezident İlham Əliyevin yeritdiyi gənclər siyasəti daha konkretdir həmin sahədə indiki uğurlarımız postsovet məkanının əksər ölkələri üçün əlçatmaz görünür. Bu gün Prezidentin köməkçisi, nazir, deputat, icra hakimiyyəti başçısı, komitə sədri olan Azərbaycan gənci müstəqil dövlətimizin idarə edilməsində özünəməxsus rol oynayır. İndi biz artıq təkcə tələbələrin, idmançıların əsgərlərin uğurları ilə deyil, həm milli dövlətçiliyin möhkəmləndirilməsində nailiyyətlər qazanan gənclərimizlə fəxr edirik.

Yadımdadır, Prezident İlham Əliyev bu il fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı geniş nitqini çox böyük nikbinliklə tamamlamış gənclərə xitabən demişdi: “Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”.

Bəli, bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar onların ölkəmizin hərtərəfli inkişafında çox böyük rolu vardır. Ancaq buna baxmayaraq, dövlət başçımız xatırladır ki, gənclər üçün əsas istiqamət təhsildir. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir.

Prezident tövsiyə edir: “Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlərboyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlərboyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə ­almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir”.

Bu gün Azərbaycan gəncləri torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Dövlət başçımız da bu məsələ ilə bağlı danışarkən iftixar hissini gizlətməyərək demişdir ki, bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər: “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda -- Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir. Bu qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır”.

Bu gün ölkəmizdə reallaşdırılan gənclər siyasətinin mühüm tərkib hissələrindən biri idmanın inkişaf etdirilməsi kütləviləşdirilməsidir. Həmin siyasətə cavab olaraq gənclərimiz idmanda böyük qələbələr qazanırlar, başımızı uca edirlər. Azərbaycan idmançıları son Yay Olimpiya Oyunlarında medalların sayına görə dünya miqyasında 14-cü yerə qalxmışlar. Bu, tarixi qələbədir. Bu qələbəni müstəqillik dövründə doğulmuş boya-başa çatmış gənclər əldə ediblər. Avropa Oyunlarında komanda hesabında ikinci yeri, İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutmuşuq. Bu, bir daha göstərir ki, bizim gənc idmançılarımız qədər peşəkardır, iradəlidir, vətənpərvərdir.

Dövlət başçımız özü gənc kadrların irəli çəkilməsini təmin etməklə yanaşı, tövsiyə edir ki, dövlət təşkilatları da gənclərə diqqət göstərsinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır: “Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər. Qoy, könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçsinlər. Özəl sektora da tövsiyəm bundan ibarətdir. Biz özəl sektora çox gözəl şərait yaratmışıq. Azərbaycanda fəaliyyət göstərən özəl müəssisələrin sayı son 15 il ərzində 60 mindən 130 minə qalxmışdır. Bu, iqtisadi sahədə islahatların təzahürüdür. Onlar da mütləq gəncləri işə cəlb etsinlər ki, gənclər həm təcrübə keçsinlər, həm hazırlıq prosesi sürətlə getsin”.

Dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri gənclərin elmə istiqamətləndirilməsi, gənc alimlərin elmi-tədqiaqt işlərinə yaşıl işıq yandırılmasıdır. Çünki gənc alimlərimiz müxtəlif sahələrdə bizim elmi potensialımızı gücləndirirlər. Prezidentin təşəbbüsü ilə bir neçə il bundan əvvəl Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılmışdır. Bu fondlar vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır.

Dövlət başçımızın apardığı kadr islahatları zamanı gənclərə göstərilən etimad böyük məmnunluqla qarşılanır. Həmin məsələyə münasibət bildirən Prezident demişdir ki, bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla qabağa çəkmək lazımdır.

O da faktdır ki, bugünkü Azərbaycan gəncləri dövlətin diqqət qayğısını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətlərini dərk edir İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, Azərbaycanın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə layiqli töhfə verməyə çalışırlar.

 

İttifaq MİRZƏBƏYLİ

Xalq qəzeti.- 2019.- 23 noyabr. S. 6.