“Nəsimi” bədii
filminin
surdo-tərcümə
versiyası təqdim edilib
“Nəsimi” bədii filminin eşitmə və nitq qabiliyyəti
olmayan şəxslər üçün Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi
ilə həyata keçirilən layihə çərçivəsində
hazırlanmış surdo-tərcümə versiyasının
təqdimatı tədbiri (Park Cinema Flame Towers) keçirilib. Tədbirdə
hökumət və qeyri-hökumət qurumlarının
nümayəndələri, eşitmə və nitq qabiliyyəti
olmayan şəxslər iştirak ediblər.
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının
rəhbəri Hidayət Abdullayev xüsusi qayğıya ehtiyac
duyan şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə
təminatının ölkədə
aparılan sosial siyasətin əsas istiqamətlərindən
biri olduğunu bildirib. O vurğulayıb ki, Prezident İlham
Əliyevin imzaladığı “Xüsusi qayğıya
ehtiyacı olan uşaqlara və digər şəxslərə
göstərilən sosial xidmətlərin genişləndirilməsi
üçün əlavə tədbirlər haqqında” sərəncam
həmin insanlara göstərilən sosial xidmətlərin
istiqamətlərinin və əhatə dairəsinin əhəmiyyətli
dərəcədə genişlənməsini təmin edib. Sərəncam
nazirliyin sifarişi ilə sosial xidmət layihələri
üzrə yaradılan, günərzi xidmət və
reabilitasiya yönümlü mərkəzlərin
sayının 3,5 dəfədən çox artmasına imkan
verib. Hazırda 200-ə yaxın belə mərkəz tərəfindən
əsasən uşaqlardan ibarət 8 mindən çox şəxsə
sosial xidmətlər göstərilir.
H.Abdullayev
eşitmə və nitq qabiliyyəti zəif olan uşaqlar
üçün də reabilitasiya və surdoloji xidmət mərkəzlərinin
sayının 2-dən 10-a
çatdırıldığını deyib. Televiziya
proqramlarında, kino və videofilmlərdə subtitr və ya
surdo-tərcümə sisteminin tətbiqi qarşıda duran
işlər sırasındadır. Qeyd edib ki, “Nəsimi” bədii
filminin surdo-tərcümə versiyasının
hazırlanması Prezident
İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycan
Respublikasında “Nəsimi ili” elan edilməsi ilə
bağlı aparılan işlərə bir töhfə məqsədi
daşıyır.
Sonra “Nəsimi”
bədii filminin surdo-tərcümə versiyası təqdim
edilib. Filmin surdo-tərcümə versiyası nazirliyin maliyyə
dəstəyi ilə “Şəmsi Əsədullayev” Xeyriyyə
İctimai Birliyi tərəfindən həyata keçirilən
layihə çərçivəsində hazırlanıb.
Z.BƏŞİRQIZI
Xalq qəzeti.- 2019.- 30 noyabr.- S.7.