Dövlət
Əməyin Mühafizəsi Fondunun
yaradılması və Əsasnaməsinin təsdiq edilməsi
haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 423
Bakı şəhəri, 27 sentyabr
2019-cu il
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1607-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 24 iyul tarixli 1347 nömrəli Sərəncamının
1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Dövlət Əməyin Mühafizəsi Fondu yaradılsın.
2. “Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 27 sentyabr
tarixli 423 nömrəli Qərarı
ilə
təsdiq edilmişdir.
Dövlət Əməyin Mühafizəsi
Fondunun
ƏSASNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan
Respublikasının Əmək
Məcəlləsinin 221-ci maddəsinin birinci və dördüncü hissələrinə əsasən
hazırlanmışdır və Dövlət Əməyin Mühafizəsi
Fondunun (bundan sonra - Fond) idarə olunması və onun vəsaitlərindən
istifadə edilməsi
qaydalarını tənzimləyir.
1.2. Fondun məqsədi ölkədə əməyin
mühafizəsi sahəsində
vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin
mühafizəsi tədbirlərinə
maddi-texniki dəstək
verməkdən ibarətdir.
1.3. Fondun idarə edilməsi Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata
keçirilir.
2. Fondun vəsaitinin formalaşdırılması və
ondan istifadə
2.1. Fondun vəsaiti aşağıdakı mənbələr
hesabına formalaşdırılır:
2.1.1. istehsalatda bədbəxt
hadisələr və
peşə xəstəlikləri
nəticəsində peşə
əmək qabiliyyətinin
itirilməsi hallarından
icbari sığortanı
həyata keçirən
sığortaçıların könüllü ödəmələrindən;
2.1.2. müəssisələrin və vətəndaşların
könüllü ödəmələrindən
və başqa ödəmələrdən.
2.2. Fondun vəsaiti Nazirliyin büdcədənkənar
xüsusi xəzinə
hesabında yığılır
və Nazirlik bu vəsaitlər üzərində sərəncam
verir.
2.3. Fondun vəsaitlərindən
istifadə bu Əsasnamənin 2.7-ci bəndində
nəzərdə tutulan
xərc istiqamətlərinə
uyğun olaraq, Nazirlik tərəfindən
hər il
üçün təsdiq
olunan gəlir və xərclər smetası əsasında həyata keçirilir.
2.4. Maliyyə ilinin sonuna Fondun hesabında
qalan xərclənməmiş
vəsait növbəti
ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir və bu Əsasnaməyə uyğun olaraq istifadə edilir.
2.5. Fondun
vəsaiti Azərbaycan
manatı və xarici valyutalarla formalaşdırılır.
2.6. Fondun vəsaiti bu Əsasnamədə nəzərdə tutulmayan
məqsədlərə istifadə
edilə bilməz.
2.7. Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə
istifadə olunur:
2.7.1. əməyin mühafizəsi üzrə
elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə;
2.7.2. əməyin mühafizəsi üzrə
mütəxəssislərin hazırlanmasına;
2.7.3. əməyin mühafizəsi normaları,
standartları və qaydalarının hazırlanmasına;
2.7.4. əməyin mühafizəsi sahəsində
təbliğat və maarifləndirmə işlərinə;
2.7.5. əməyin mühafizəsi sahəsində
fəaliyyət göstərən
dövlət orqanlarının
maddi-texniki bazasının
yaradılmasına və
inkişafına (o cümlədən,
texnoloji qurğuların,
cihazların, avadanlıqların,
nəqliyyat vasitələrinin,
qeyri-maddi aktivlərin,
mal-materialların və
ləvazimatların alınmasına,
əsaslı və cari təmirinə);
2.7.6. əməyin mühafizəsi sahəsində
nəzarət və monitorinqlərin təşkilinə
və həyata keçirilməsinə;
2.7.7. Nazirliyin işçilərinin
kollektiv və ya fərdi qaydada
mükafatlandırılmasına;
2.7.8. əmək münasibətləri,
məşğulluq, sosial
müdafiə və təminat sahəsində dövlət və regional
proqramların hazırlanmasına
və yerinə yetirilməsinə.
2.8. Fondun vəsaitlərindən
istifadə olunması
haqqında ilin yekunlarına görə hesabat Nazirlik tərəfindən hazırlanaraq,
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə
təqdim olunur.
2.9. Fondda olan vəsaitlərdən
səmərəli istifadə
olunmasına Nazirlik və Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi tərəfindən
nəzarət edilir.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti.- 2019.-
2 oktyabr.- S.2.