“Ətraf
mühitə təsirin qiymətləndirilməsi və
strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin
həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi
haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
ą 425
Bakı şəhəri, 2 oktyabr
2019-cu il
“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 iyul tarixli 193 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
2019-cu il 2 oktyabr
tarixli
425 nömrəli Qərarı ilə
təsdiq
edilmişdir.
Ətraf
mühitə təsirin qiymətləndirilməsi və
strateji ekoloji
qiymətləndirmə sahəsində nəzarətin həyata
keçirilməsi
QAYDASI
1.
Ümumi müddəalar
1.1. Bu Qayda “Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə
əsasən hazırlanmışdır və ətraf
mühitə təsirin qiymətləndirilməsi və
strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin
həyata keçirilməsi qaydasını müəyyən
edir.
1.2.
Ətraf mühitə təsirin qiymətləndirilməsi və
strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin
məqsədi “Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanu-nuna Əlavədə
göstərilən fəaliyyətin (bundan sonra – nəzərdə
tutulan fəaliyyət) həyata keçirilməsi zamanı ətraf
mühitə və insan sağlamlığına
mümkün mənfi təsirlərin aşkarlanması,
onların məkana, zamana görə miqyasının və
intensivliyinin qiymətləndirilməsi, aradan qaldırılması
və ya azaldılması üçün tədbirlərin həyata
keçirilməsini, habelə dövlət orqanları və
qurumları, fiziki və ya hüquqi şəxslər (bundan
sonra – sifarişçi) tərəfindən nəzərdə
tutulan fəaliyyətə dair ətraf mühitə təsirin
qiymətləndirilməsinin Azərbaycan Respublika-sının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra –
Nazirlik) ilə ilkin məsləhətləşmələrdən
sonra aparılmasını, ətraf mühitdən səmərəli
istifadənin, ətraf mühitin davamlı
inkişafının və ekoloji təhlükəsizliyin,
potensial zərərli ekoloji təsirlərin planlaşdırma
mərhələsində qarşısının
alınmasını və bu istiqamətdə digər tələblərin
yerinə yetirilməsini, sifarişçi və strateji sənədləri
hazırlayan dövlət orqanları, qurumları və bələdiyyələr
(bundan sonra – planlaşdırıcı orqan) tərəfindən
həmin Qanunun tələblərinə əməl
olunmasını təmin etməkdən ibarətdir.
1.3.
Ətraf mühitə təsirin qiymətləndirilməsi
(bundan sonra – ƏMTQ) və strateji ekoloji qiymətləndirmə
(bundan sonra – SEQ) sahəsində nəzarət dövlət və
ictimai nəzarət formalarında həyata keçirilir.
1.4.
ƏMTQ və SEQ sahəsində dövlət nəzarətini
Nazirlik həyata keçirir.
1.5.
ƏMTQ və SEQ sahəsində ictimai nəzarət dövlət
nəzarətinin həyata keçirilməsindən
asılı olmayaraq, “İctimai iştirakçılıq
haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və
“Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının qanunlarının
tələblərinə uyğun olaraq fiziki şəxslərin
və vətəndaş cəmiyyəti institutlarının təşəbbüsü
ilə ictimai dinləmələr və ictimai müzakirələr
vasitəsilə təşkil olunur və həyata keçirilir.
ƏMTQ və
SEQ sahəsində dövlət nəzarətinin həyata
keçirilməsi
2.1.
ƏMTQ və SEQ sahəsində dövlət nəzarəti
“Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.9-cu maddəsində
nəzərdə tutulan fəaliyyət üzrə Nazirliyin səlahiyyətli
şəxsləri tərəfindən təsdiq olunmuş
iş planına uyğun olaraq və daxil olan şikayətlər
əsasında il ərzində yoxlamalar
vasitəsilə həyata keçirilir.
2.2.
Ətraf mühitə mümkün təsirin normalarından (hədlərindən)
asılı olaraq, bu Qaydanın 2.1-ci bəndində göstərilən
yoxlamalar 3 (üç) - 10 (on) iş günü müddətində
həyata keçirilir.
2.3.
ƏMTQ və SEQ sahəsində dövlət nəzarətinin
həyata keçirilməsi və həmin zaman məhdudlaşdırıcı
tədbirlərin tətbiqi və bu barədə qərarların
qəbul edilməsi sahibkarlıq subyektlərinə münasibətdə
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” və “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların dayandırılması haqqında” Azərbaycan
Respublikasının qanunlarının tələblərinə
uyğun həyata keçirilir.
2.4. Nəzərdə
tutulan fəaliyyət xüsusi mühafizə olunan təbiət
ərazilərinə və obyektlərinə yaxın ərazilərdə
həyata keçirildikdə, həmin fəaliyyətə dair
ƏMTQ Nazirliyin, müalicə-sağlamlaşdırma yerləri
və kurortlara münasibətdə isə Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin nümayəndələrinin
iştirakı ilə aparılır.
2.5.
Sifarişçi və planlaşdırıcı orqan
Nazirliyin bu Qaydanın 2.1-ci bəndində nəzərdə
tutulan yoxlamaları həyata keçirən vəzifəli
şəxslərinə lazımi şərait yaratmalı, zəruri
məlumatları (sənədləri) və tələb
olunduqda yazılı izahatlarını verməlidirlər.
2.6. ƏMTQ
və SEQ sahəsində dövlət nəzarətinin həyata
keçirilməsi ilə bağlı Nazirliyin vəzifələri
aşağıdakılardır:
2.6.1. sifarişçi və
planlaşdırıcı orqan tərəfindən “Ətraf
mühitə təsirin qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikası Qanununun tələblərinə əməl
edilməsini yoxlamaq və dövlət ekoloji
ekspertizasının rəyi verilmiş ƏMTQ və SEQ sənədlərinin
icrasına nəzarət etmək;
2.6.2.
ƏMTQ və SEQ sahəsində ictimai nəzarəti həyata
keçirmək istəyən şəxslərin müraciətlərinə
baxmaq;
2.6.3.
ƏMTQ və SEQ sahəsində əhalinin maarifləndirilməsi
işini təşkil etmək;
2.6.4.
ƏMTQ və SEQ üzrə qərarların qəbuluna və
yerinə yetirilməsinə nəzarət etmək;
2.6.5.
dövlət ekoloji ekspertizasının rəyi olmadan nəzərdə
tutulan fəaliyyət və həmin fəaliyyət üzrə
işlərin həyata keçirilməsi ilə əlaqədar
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə
və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan
Respublikası Qanununun 71-ci maddəsinə uyğun olaraq, məhdudlaşdırıcı
tədbirlərin tətbiqi barədə qərar qəbul etmək;
2.6.6.
ƏMTQ və SEQ sahəsində pozuntuların aradan
qaldırılmasını fiziki və hüquqi şəxslərdən,
dövlət və bələdiyyə orqanlarından tələb
etmək;
2.6.7.
“Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına
görə inzibati xətalar haqqında işlərə
baxmaq, təqsirli şəxslərin inzibati məsuliyyətə
cəlb edilməsi barədə qərar qəbul etmək,
onların əməllərində cinayət tərkibi olduqda
həmin işləri aidiyyəti üzrə göndərmək.
2.7.
Nazirliyin ƏMTQ və SEQ sahəsində dövlət nəzarətinin
həyata keçirilməsi ilə əlaqədar
hüquqları aşağıdakılardır:
2.7.1. nəzərdə tutulan fəaliyyətin həyata
keçirilməsi üçün verilən lisenziyanın,
icazənin, təbiətdən (təbii ehtiyatlardan) istifadəni
nəzərdə tutan müqavilələrin (kontraktların)
və həmin fəaliyyətin həyata keçirilməsi ilə
bağlı Azərbaycan Respublikasının qanunlarında nəzərdə
tutulmuş digər sənədlərin qüvvəsinin
dayandırılması və ya ləğvi barədə qərar
qəbul edilməsi üçün aidiyyəti qurumlar
qarşısında məsələ qaldırmaq;
2.7.2. nəzərdə tutulan fəaliyyətin həyata
keçirilməsi zamanı təbiətdən istifadə
şərtləri ətraf mühitə təsir göstəricilərinə
dair ekoloji tələblərə uyğun olmadıqda və ya
ilkin layihədə nəzərdə tutulandan fərqli
texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin
fəaliyyətə dair yenidən ƏMTQ
aparılmasının təmin olunmasını tələb
etmək;
2.7.3.
ƏMTQ-nin bu Qaydanın, “Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan
Respublikasının qanunlarının, ətraf mühitin
mühafizəsi sahəsində digər normativ hüquqi
aktların tələbləri və aşağıdakılar
nəzərə alınmaqla həyata keçirilməsini tələb
etmək:
1. təbiətdən səmərəli istifadə
və onun bərpası, istehsal və xidmət prosesində
yaranan tullantıların təkrar istifadəsi, onların
kompleks emalı, utilizasiyası;
2. mərkəzləşdirilmiş kanalizasiya
sistemləri vasitəsilə idarə olunan tullantı
sularının təmizlənməsinin təmin edilməsi,
müəyyən olunmuş həddə təmizlənməmiş
tullantı sularının təbii və süni su
axarlarına (tutarlarına) və yerin relyefinə
axıdılmasının qarşısı alınmaqla,
onların texniki ehtiyaclar üçün istifadə edilməsi;
3. su, torpaq, atmosfer havası, meşə, bitki və
heyvanlar aləmi, yerin təkindən faydalı
qazıntılar və digər təbii ehtiyatlardan istifadənin
əsaslandırılması;
4. torpaqların, bitki və heyvanlar aləminin,
biomüxtəlifliyin mühafizəsi və bərpası,
xüsusi mühafizə olunan təbiət əraziləri və
obyektlərinin statusunun qorunması;
5. əhalinin və ətraf mühitin antropogen mənşəli
fiziki, kimyəvi və bioloji faktorların zərərli təsirlərindən
mühafizəsini təmin edən tədbirlərin
hazırlanması;
6. nəzərdə tutulan fəaliyyətin ətraf
mühitə təsirinin intensivliyi, müddəti, hədləri
və dövriliyi;
7. əlverişli materiallardan (xammaldan) istifadə,
enerjiyə qənaət, texnoloji itkiləri və enerji sərfini
azaldan, həmçinin az tullantılı və
tullantısız, ekoloji standartlara cavab verən səmərəli
texnologiyaların tətbiqi;
2.7.4.
ƏMTQ və SEQ sənədlərinə dair dövlət
ekoloji ekspertizası rəyinin yerinə yetirilməsini tələb
etmək;
2.7.5. ətraf mühitə təsirin qiymətləndirilməsi
sahəsində normativ hüquqi aktların tələblərinin
pozulması nəticəsində təbiətə vurulmuş
zərərin həcmini müəyyən etmək (müəyyən
edilməsində iştirak etmək) və bunun əsasında
təqsirkar şəxslərə bu zərərin
könüllü ödənilməsi barədə tələblər
irəli sürmək və ya iddiaları məhkəməyə
təqdim etmək.
3.
ƏMTQ və SEQ sahəsində dövlət nəzarətinin
nəticələrinin rəsmiləşdirilməsi
3.1.
ƏMTQ və SEQ sahəsində dövlət nəzarətinin
nəticələri 2 (iki) nüsxədə tərtib olunan
aktla rəsmiləşdirilir. Aktın 1 (bir)
nüsxəsi müvafiq planlaşdırıcı orqana və
ya sifarişçiyə təqdim edilir, digəri isə
Nazirlikdə saxlanılır. Aktı
imzalayanlar öz rəyini bildirmək (akta əlavə etmək)
hüququna malikdirlər.
3.2. Bu
Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan aktda
aşağıdakılar göstərilməlidir:
3.2.1. nəzarət tədbirinin həyata
keçirildiyi planlaşdırıcı orqan və ya
sifarişçi haqqında məlumatlar (ünvanı, rəhbərin
və səlahiyyətli nümayəndənin soyadı,
adı, atasının adı, VÖEN-i);
3.2.2. nəzarətin aparılmasının hüquqi
əsası, səbəbləri və müddəti;
3.2.3. nəzarət tədbirinin nəticələri.
3.3.
ƏMTQ və SEQ sahəsində Nazirliyin qərarlarının
icrası planlaşdırıcı orqan və
sifarişçi üçün məcburidir, bu qərarlardan
inzibati qaydada və məhkəməyə şikayət verilə
bilər.
4.
ƏMTQ və SEQ sahəsində ictimai nəzarətin həyata
keçirilməsi
4.1.
ƏMTQ və SEQ sahəsində ictimai nəzarəti həyata
keçirmək istəyən şəxslər nəzarətin
aparılmasından 7 (yeddi) iş günü əvvəl
yazılı şəkildə Nazirliyə müraciət edərək,
ictimai dinləmələrin və ya ictimai müzakirələrin
keçirilməsi barədə dəqiq yer və vaxt göstərilməklə
məlumat verməlidirlər.
4.2.
ƏMTQ və SEQ sahəsində ictimai nəzarəti həyata
keçirən fiziki şəxslərin və vətəndaş
cəmiyyəti institutlarının vəzifələri
aşağıdakılara riayət etməkdir:
4.2.1.
ƏMTQ və SEQ üzrə ictimai nəzarətin
aparılması, bu sahədə ictimai dinləmələrin və
müzakirələrin keçirilməsində iştirak
zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” və “İctimai iştirakçılıq
haqqında” Azərbaycan Respublikasının
qanunlarının, bu Qaydanın və digər normativ hüquqi
aktların tələblərini yerinə yetirmək;
4.2.2. ictimai nəzarətin nəticələri barədə
Nazirliyi, yerli icra hakimiyyəti orqanını, bələdiyyəni,
sifarişçini, planlaşdırıcı orqanı və
kütləvi informasiya vasitələri ilə ictimaiyyəti məlumatlandırmaq.
4.3.
ƏMTQ və SEQ sahəsində ictimai nəzarəti həyata
keçirən fiziki şəxslər və vətəndaş
cəmiyyəti institutları aşağıdakı
hüquqlara malikdirlər:
4.3.1. nəzərdə tutulan fəaliyyətin həyata
keçirilməsi ilə bağlı Nazirlikdən və bələdiyyələrdən
məlumat əldə etmək;
4.3.2.
ƏMTQ və SEQ-lə bağlı ictimai dinləmələrin
keçirilməsini sifarişçidən və
planlaşdırıcı orqandan tələb etmək;
4.3.3. nəzərdə tutulan fəaliyyətə
dair ekoloji ekspertiza rəyi ilə tanış olmaq və onun
icrasını tələb etmək;
4.3.4. nəzərdə tutulan fəaliyyət
“Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri
pozulmaqla həyata keçirildikdə, inzibati qaydada və (və
ya) məhkəməyə şikayət vermək.
Novruz Məmmədov
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq qəzeti.-
2019.- 4 oktyabr.- S.8.