Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Toxumçuluq və tinglik
təsərrüfatlarından satılan 1-ci və 2-ci
reproduksiyalı toxumlara və tinglərə
görə dövlət büdcəsindən təsərrüfatlara
subsidiyanın ödənilməsi Qaydası”nın təsdiq
edilməsi barədə” 2007-ci il 25 iyun tarixli 103 nömrəli,
“Akvakulturanın həyata keçirilməsi Qaydası”nın
təsdiq edilməsi haqqında” 2017-ci il
14 iyun tarixli 256
nömrəli və “Arıçılıqla məşğul
olan fiziki və hüquqi şəxslərə
saxladıqları hər arı ailəsinə (pətəyə)
görə subsidiya verilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 sentyabr tarixli 400 nömrəli qərarlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 426
Bakı şəhəri, 2 oktyabr
2019-cu il
“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanının 7.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 6, maddə 707, ¹ 12, maddə 1341; 2009, ¹ 10, maddə 860; 2014, ¹ 2, maddə 201; 2015, ¹ 2, maddə 227; 2016, ¹ 4, maddə 800, ¹ 5, maddə 955) ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın 2.1-ci bəndinin yeddinci abzasında “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yerli qurumunun” sözləri “Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə, 2.4-cü bəndinin dördüncü abzasında “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin” sözləri “Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə və altıncı abzasında “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yerli qurumu” sözləri “Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 6, maddə 1231; 2018, ¹ 8, maddə 1817) ilə təsdiq edilmiş “Akvakulturanın həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 8.2-ci bənddə “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (bundan sonra - Dövlət Baytarlıq Nəzarəti Xidməti)” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin;
2.2. 12.1.5-ci yarımbəndin birinci cümləsində “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli 400 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 9, maddə 1928; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 339 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın 3.1.2-ci yarımbəndində “Dövlət Baytarlıq Xidmətinin rayon (şəhər) baytarlıq idarəsinin” sözləri “Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə əvəz edilsin.
Novruz Məmmədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 4 oktyabr.- S.8.