“Notariat
hərəkətlərinin aparılması qaydaları
haqqında Təlimatın təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 427
Bakı şəhəri, 3 oktyabr
2019-cu il
“Auditor
xidməti haqqında”, “İnvestisiya fəaliyyəti
haqqında”, “Müflisləşmə və iflas haqqında”,
“Kiçik sahibkarlığa dövlət köməyi
haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat
haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2019-cu il 3 may tarixli 1585-VQD nömrəli Qanununun tətbiqi və
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 10 iyun tarixli 721 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 693; 2001,
¹ 11, maddə 722; 2002, ¹ 3, maddə 148,
¹ 7, maddə 455, ¹ 10, maddə 635; 2003,
¹ 10, maddə 629; 2005, ¹ 4, maddə 386, ¹ 6, maddə 534, ¹ 8, maddə 782, ¹ 10, maddə 977, ¹ 11, maddə 1061, ¹ 12, maddələr 1228, 1231; 2006, ¹ 3, maddə 297, ¹ 8, maddə 731, ¹ 9, maddə 830, ¹ 10, maddə 902, ¹ 11, maddə 994; 2008, ¹ 2, maddə 108, ¹ 4, maddə 316, ¹ 8, maddə 787; 2009, ¹ 2, maddə 148, ¹ 10, maddələr 846, 849, ¹ 12, maddə 1079; 2010, ¹ 6, maddə 555; 2011, ¹ 10, maddə 971; 2012, ¹ 3, maddə 263, ¹ 5, maddələr 489, 495, ¹ 7, maddə 777, ¹ 11, maddə 1206, ¹ 12, maddə 1354; 2013, ¹ 4, maddə 444, ¹ 5, maddə 578; 2014, ¹ 1, maddə 74, ¹ 5, maddələr 552, 589, ¹ 6, maddə 746, ¹ 8, maddə 1019, ¹ 12, maddə 1685; 2015, ¹ 12, maddə 1580; 2016, ¹ 3, maddə 611, ¹ 4, maddələr 777, 814, ¹ 6, maddə 1226, ¹ 8, maddə 1449, ¹ 11, maddə 1937; 2017, ¹ 1, maddə 135, ¹ 3, maddə 493, ¹ 6, maddə 1245, ¹ 7, maddə 1491,
¹ 9, maddə 1721, ¹ 10, maddə 1883, ¹ 12
(II kitab), maddə 2545; 2018, ¹ 2, maddə 347, ¹ 3, maddə 628, ¹ 4, maddə 789, ¹ 5, maddə 1122, ¹ 6, maddələr 1360, 1367, ¹ 9, maddə 1929, ¹ 10, maddə 2166; 2019, ¹ 1, maddə 169, ¹ 3, maddələr 513, 564, ¹ 5, maddələr 938, 967, ¹ 6, maddə 1172; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 iyul tarixli 302 nömrəli və 19 iyul tarixli 316 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 12-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci abzas aşağıdakı
redaksiyada verilsin:
“Notariuslar statistik hesabat aparırlar.”.
2. İkinci-dördüncü abzaslar
müvafiq olaraq üçüncü-beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda
ikinci abzas əlavə edilsin:
“Xüsusi notariuslar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa
əsasən işi təşkil edir, notariat hərəkətləri,
tutulan haqlar, büdcəyə keçirilən
vergilər və digər ödəmələr
barədə Azərbaycan
Respublikası Dövlət
Statistika Komitəsinin
yerli statistika orqanlarına, Azərbaycan
Respublikası Maliyyə
Nazirliyinin yerli bölmələrinə məlumat
və Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən
etdiyi forma üzrə
bəyannamə (hesabat)
verirlər.”.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti.- 2019.- 4 oktyabr.- S.8.