Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

¹ 428   Bakı şəhəri, 3 oktyabr 2019-cu il

 

“Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 564; 2012, ¹ 1, maddə 30, ¹ 11, maddə 1208; 2013, ¹ 9, maddə 1133; 2014, ¹ 2, maddə 201; 2015, ¹ 4, maddə 466, ¹ 8, maddə 964; 2016, ¹ 5, maddə 955, ¹ 12, maddə 2239; 2017, ¹ 4, maddə 642; 2018,

¹ 3, maddə 590, ¹ 11, maddə 2431) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” və 2 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının magistraturarezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” yeni redaksiyada təsdiq edilsin (1 və 2 nömrəli əlavələr).

2. Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 4 oktyabr.- S.8.