Azərbaycan–Almaniya

mədəni əlaqələrinə töhfə 

 

Almaniya Federativ Respublikasının FrankfurtMayn şəhərində keçirilən 71-ci Beynəlxalq Kitab Sərgi -Yarmarkası çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Humboldt adına Berlin Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

İmzalanma mərasimində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və nazirliyin bir sıra əməkdaşları iştirak ediblər.

Üç il müddətinə imzalanmış sənəddə birgə layihələrin reallaşdırılması, qarşılıqlı kitab, informasiyaelektron resursların, çap məhsullarının rəqəmsal variantlarının mübadiləsini, treninqlərin, elmi konfransların keçirilməsi nəzərdə tutulur. Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Humboldt adına Berlin Universitetinin Azərbaycan tarixi şöbəsinin müdiri professor Eva-Maria Auxa və tədbir iştirakçılarına öz minnətdarlığını bildirib. Vaqif Əliyev çıxışında Almaniyanın Berlin Universitetində Azərbaycan tarixi şöbəsinin fəaliyyətini yüksək qiymətləndirib və alman-Azərbaycan dostluq əlaqələrinin daha da möhkəmlənməsində onun böyük rolu olacağını söyləyib.

Sonda V. Əliyev dövlətçiliyimizə, tarix və mədəniyyətimizə dair nəşrləri professor Eva-Maria Auxa hədiyyə edib.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 19 oktyabr.- S.7.