“Əlilliyi olan şəxslərin yerlərinin standartları”nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

 

¹ 380    

     Bakı şəhəri, 3 sentyabr 2019-cu il

 

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli  Fərmanının 1.1.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Əlilliyi olan şəxslərin iş yerlərinin ­standartları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 7 sentyabr.- S.3.