Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmişSertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

¹ 382       

  Bakı şəhəri, 4 sentyabr 2019-cu il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 1, maddə 56; 2008, ¹ 1, maddə 39; 2014, ¹ 6, maddə 747, ¹ 9, maddə 1124; 2016, ¹ 1, maddə 173; 2017, ¹ 3, maddə 480; 2019, ­­

¹ 1, maddə 158, ¹ 5, maddə 957) ilə təsdiq edilmişSertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.7-ci bənddən “yazılı” sözü çıxarılsın.

2. 3.10-cu bənd üzrə:

2.1. birinci cümlədə “və” sözü “və ya” sözləri ilə əvəz edilsin;

2.2. ikinciüçüncü cümlələr aşağıdakı redaksiyada verilsin:

İmza sahibi sertifikatı kağız daşıyıcısında istədikdə, sertifikat Mərkəzin rəsmi blankında 1 (bir) nüsxədə tərtib edilirimza sahibi tərəfindən imzalanır, Mərkəzin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq olunaraq imza sahibinə təqdim edilir. Elektron formada verilən sertifikat Mərkəzin gücləndirilmiş imzası ilə təsdiq edilirimza sahibinin ərizəsində qeyd olunan elektron poçt ünvanına və ya Mərkəzin elektron informasiya sistemində imza sahibi üçün yaradılmış elektron qutusuna göndərilir.”;

2.3. dördüncü cümlə çıxarılsın.

3. Aşağıdakı məzmunda 3.10-1-ci bənd əlavə edilsin:

“3.10-1. İmza sahibi sertifikatın qüvvədə olma müddəti başa çatanadək, yeni sertifikatın alınması üçün Mərkəzə elektron müraciət edə bilər.”.

  

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 7 sentyabr.- S.3.