“Mediatorların
peşəkar etik davranış
Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 384
Bakı şəhəri, 5 sentyabr
2019-cu il
“Mediasiya haqqında” Azərbaycan Respublikasının
2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanının 1.8-ci bəndinin
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“Mediatorların peşəkar etik davranış Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2019-cu il 8 sentyabr
tarixli 384 nömrəli
Qərarı ilə
təsdiq edilmişdir.
Mediatorların peşəkar etik
davranış Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Mediasiya
haqqında” Azərbaycan
Respublikası Qanununun
20.1.5-ci maddəsinə uyğun
olaraq hazırlanmışdır
və peşəkar əsasda mediasiya fəaliyyəti ilə məşğul olan şəxslərin etik davranış qaydalarını,
prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri
müəyyən edir.
1.2. Bu Qaydanın məqsədi
mediatorların və mediasiya təşkilatlarının
nüfuzunun artırılması,
vətəndaşların mediasiya
təşkilatlarına və
mediatorlara etimadının
yüksəldilməsi, habelə
mediatorların və mediasiya təşkilatlarının
fəaliyyətində səmərəliliyin
artırılmasının təmin olunmasıdır.
1.3. Bu Qayda “Mediasiya haqqında” Azərbaycan Respublkasının Qanununa
uyğun olaraq mediator kimi fəaliyyət göstərən bütün
şəxslərə şamil
olunur.
2. Mediatorların davranış
qaydaları
2.1. Hər bir mediator öz fəaliyyətində
insan və vətəndaşların hüquq
və azadlıqlarına
hörmət, qanunçuluq
və digər demokratik prinsipləri, habelə yüksək etik davranış normalarını rəhbər
tutaraq, bu Qaydanın müddəalarına
əməl etməyə
borcludur.
2.2. Mediatorların davranışı
bu Qaydanın 3-cü hissəsində nəzərdə
tutulmuş prinsiplərə
əsaslanmalıdır.
3. Peşə fəaliyyətinin
həyata keçirilməsi
ilə əlaqədar
mediatorun etik davranış prinsipləri
3.1. İnsan və vətəndaşların hüquq
və azadlıqlarına,
qanuni maraqlarına, şərəf və ləyaqətinə, habelə
fiziki və hüquqi şəxslərin
işgüzar nüfuzuna
hörmət prinsipi:
3.1.1. mediator insan və
vətəndaşların hüquq
və azadlıqlarını,
qanuni maraqlarını
pozan, onların şərəf, ləyaqət
və işgüzar nüfuzunu ləkələyə
biləcək hərəkətlərə
(və ya hərəkətsizliyə) yol
verməməlidir;
3.1.2. mediator hüquqi şəxslərin işgüzar
nüfuzuna hörmətlə
yanaşmalı və
onların işgüzar
nüfuzunu ləkələyə
biləcək hərəkətlərə
(və ya hərəkətsizliyə) yol
verməməlidir.
3.2. Qanunçuluq prinsipi:
3.2.1.
mediator öz vəzifələrinin
icrası zamanı Azərbaycan Respublikası
Konstitusiyasının, Azərbaycan
Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin,
Azərbaycan Respublikası
qanunlarının və
digər normativ hüquqi və normativ xarakterli aktların tələblərini
rəhbər tutmalıdır.
3.3. Vicdanlı davranış prinsipi:
3.3.1. şəxsin, cəmiyyətin və dövlətin maraqları
naminə mediator öz
vəzifələrini səmərəli
yerinə yetirməyə
borcludur;
3.3.2. mediator peşə fəaliyyətini həyata
keçirməklə bağlı
hər bir şəxs üçün
vicdanlılıq nümunəsi
olmalıdır.
3.4. Peşəkarlıq və
fərdi məsuliyyətin
artırılması prinsipi:
3.4.1. mediator öz fəaliyyətini Azərbaycan
Respublikasının qanunvericiliyi
ilə müəyyən
olunmuş səlahiyyətlər
çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində
yerinə yetirməyə
borcludur;
3.4.2. mediator davranışı və öz peşəkar fəaliyyəti
ilə mediasiya fəaliyyətinə hüquqi
və fıziki şəxslərin inamını
artırmalı və
möhkəmləndirməli, həmçinin mediasiya fəaliyyətinin həyata
keçirilməsi üçün
zəruri olan nəzəri və təcrübi bilik səviyyəsini daim inkişaf etdirməlidir.
3.5. Loyallıq prinsipi:
3.5.1. mediator hər bir halda öz
şərəf və
ləyaqətini qorumalı, peşə fəaliyyətini həyata
keçirərkən, mediasiya
fəaliyyətinin nüfuzunu
aşağı sala biləcək hərəkətlərə
yol verməməlidir;
3.5.2. mediator “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda
mediasiya fəaliyyəti
ilə bağlı nəzərdə tutulmuş
məhdudiyyətlərə, o cümlədən vəzifələrə
əməl etməlidir.
3.6. İctimai etimad prinsipi:
3.6.1. mediator mediasiya fəaliyyətinin nüfuzunu
artırmağa və
möhkəmləndirməyə borcludur;
3.6.2. mediator etik davranış
qaydalarının onun
tərəfindən pozulması
nəticələrini aradan
qaldırmalı, habelə
ictimai etimadın bərpası üçün
tədbirlər görməlidir.
3.7. Mədəni davranış
prinsipi:
3.7.1. mediator fəaliyyətində
nitq mədəniyyətinə
riayət etməli, bütün şəxslərə
münasibətdə nəzakətli,
diqqətli və səbirli olmalıdır;
3.7.2. mediator peşə fəaliyyəti dövründə
digər mediatorlarla qarşılıqlı münasibətlərini
müəyyən qanuni
hərəkətlərə və ya praktikaya
əsaslanan inam və hörmət prinsipi əsasında qurmalıdır.
3.8. Qərəzsizlik prinsipi:
3.8.1. mediasiya zamanı
mediator müstəqil və
qərəzsiz olmalıdır;
3.8.2. mediator mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmalı,
tərəflərin mediasiya
zamanı bərabər
iştirakını təmin
etməli və hər iki tərəfə
proses zamanı tələblərini təqdim
etmək üçün
bərabər imkanlar yaratmalıdır;
3.8.3. mediator öz vəzifəsini yerinə yetirərkən irqinə,
etnik mənsubiyyətinə,
dilinə, cinsinə, mənşəyinə, əmlak
vəziyyətinə və
qulluq mövqeyinə,
dinə münasibətinə,
əqidəsinə, siyasi
partiyalara, həmkarlar
ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə
görə üstünlüyünə
və ya belə üstünlüyün
əldə edilməsi
üçün şəraitin
yaradılmasına yol
verməməlidir;
3.8.4. mediator vəzifələrinin
yerinə yetirilməsi
zamanı siyasi bitərəfliyə əməl
etməyə borcludur;
3.8.5. mediator mediasiya fəaliyyətinə heç
bir şəxs, o cümlədən qohum,
dost və tanış
tərəfindən, hər
hansı formada müdaxilə edilməsinə
yol verməməli, eyni zamanda dövlət
və yerli özünüidarəetmə orqanlarının,
hüquqi və fiziki şəxslərin təsiri altına düşməməli, ictimai
rəy və ya tənqid onun fəaliyyətinin qanuniliyinə və əsaslılığına təsir
etməməlidir.
3.9. Maddi və qeyri-maddi
nemətlərin, imtiyazların
və ya güzəştlərin əldə
edilməsinə yol verilməməsi prinsipi:
3.9.1. peşə fəaliyyətini
həyata keçirməklə
bağlı mediatorların,
qanunazidd olaraq, maddi və qeyri-maddi
nemətlər, imtiyazlar
və ya güzəştlər əldə
etməyə yönəldilmiş
hərəkət (hərəkətsizlik)
etməsi qadağandır.
3.10. Konfidensiallıq prinsipi:
3.10.1. mediator “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq peşə fəaliyyəti
dövründə, habelə
mediasiya təşkilatının
müvafiq fəaliyyətini
həyata keçirmək
hüququ dayandırıldıqdan
və ya Mediasiya Şurasının
üzvlüyündən çıxarılmasından
sonra əldə etdiyi bütün məlumatların konfidensiallığını
təmin etməlidir;
3.10.2. “Mediasiya haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq mediator mediasiya zamanı ona məlum olan məlumatları məhkəmə
və arbitraj (münsiflər məhkəməsi)
proseslərində, başqa
mediasiya zamanı və ya hər
hansı digər hallarda açıqlaya və ya onlara
istinad edə bilməz (həmin məlumatı verən tərəfin yazılı
razılığı olduğu
hallar istisna olmaqla), habelə belə məlumatlarla bağlı şahid qismində iştirak edə bilməz;
3.10.3. mediator peşə fəaliyyəti ilə bağlı əldə etdiyi məlumatlardan şəxsi maraqları üçün istifadə
edə bilməz.
4. Etik davranış qaydalarının həyata
keçirilməsinin
təmin olunması
4.1.
Mediator tərəfindən etik davranış qaydalarına əməl olunması üçün
davranışının həmin
qaydalara uyğunluğu
onun özü, işlədiyi mediasiya təşkilatı və Mediasiya Şurası tərəfindən müntəzəm
təhlil edilir və müvafiq olaraq bu Qaydanın
4.2-ci bəndində nəzərdə
tutulmuş tədbirlər
görülür.
4.2. Etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar
həyata keçirilir:
4.2.1. mediatorların davranışlarının bu
Qayda ilə müəyyən olunan etik davranış norma və prinsiplərinə
uyğunluğuna nəzarət
və onun təhlili aparılmalıdır;
4.2.2. etik davranış
qaydalarının pozulmasının
qarşısının alınması
və profilaktikası
üzrə tədbirlər
görülməlidir;
4.2.3. mediatorlara etik
davranış qaydaları
izah edilməli və müraciət olunduğu təqdirdə,
etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verilməlidir;
4.2.4. etik davranış
qaydalarını pozan
mediatorların intizam məsuliyyətinə cəlb
edilməsi üçün
müvafiq tədbirlər
görülməlidir;
4.2.5. etik davranış
qaydaları və mediatorlar tərəfindən
həmin qaydalara əməl olunmasını
tələb etmək hüquqlarına malik olmaları barədə fiziki və hüquqi şəxsləri
məlumatlandırmaq üçün
tədbirlər görülməlidir;
4.2.6. etik davranış
qaydalarının pozulması
halları ilə bağlı həyata keçirilmiş tədbirlər
barədə maraqlı
tərəflər məlumatlandırılmalıdır;
4.2.7. etik davranış
qaydalarının pozulmasının
nəticələrinin aradan
qaldırılması, habelə
mediatorlara ictimai etimadın artırılması
üçün tədbirlər
görülməlidir;
4.2.8. etik davranış
qaydalarına əməl
olunması ilə bağlı digər tədbirlər görülməlidir.
4.3. Etik davranış qaydalarının pozulması
mediatorun intizam məsuliyyətinə cəlb
edilməsi üçün
əsasdır.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti.- 2019.-
8 sentyabr.- S.2.