“Mediasiya
reyestrinin aparılması
Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 386
Bakı şəhəri, 5 sentyabr
2019-cu il
“Mediasiya haqqında” Azərbaycan Respublikasının
2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanının 1.6-cı bəndinin
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“Mediasiya reyestrinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2019-cu il 5 sentyabr
tarixli 386 nömrəli
Qərarı ilə
təsdiq edilmişdir.
Mediasiya
reyestrinin aparılması
QAYDASI
Ümumi
müddəalar
1.1. Bu Qayda “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun
15.3-cü maddəsinə əsasən
hazırlanmışdır və mediasiya reyestrinin aparılması qaydasını müəyyən
edir.
1.2. Bu Qaydanın məqsədi
mediasiya təşkilatlarının,
mediatorların və mediasiya təlimi qurumlarının siyahısının
müəyyən edilməsi
və onlar barədə məlumatların
əldə olunmasının
təmin edilməsidir.
1.3. Mediasiya reyestri mediasiya fəaliyyəti ilə məşğul olmaq hüququ olan, həmçinin mediasiya fəaliyyətini həyata keçirmək hüququ dayandırılmış
və ya Mediasiya Şurasının
üzvlüyündən çıxarılmış
mediatorlar, mediasiya təşkilatları və
mediasiya təlimi qurumları barədə məlumatlar əsasında
formalaşdırılır.
2. Mediasiya reyestrinin aparılması qaydası
2.1. Mediasiya reyestri Mediasiya Şurası tərəfindən aparılır.
2.2. Mediatorlar, mediasiya təşkilatları və
mediasiya təlimi qurumları Mediasiya Şurasına üzvlüyə
qəbul edildikdən
5 (beş) iş günü müddətində bu Qaydanın 2.8-ci və
2.10-cu bəndlərində göstərilən məlumatlar
Mediasiya Şurası tərəfindən reyestrə
daxil edilir.
2.3. Mediasiya reyestri açıqdır. Mediasiya reyestri
Mediasiya Şurasının
rəsmi internet səhifəsində
yerləşdirilir və
məlumatlar daim yenilənir.
2.4. Mediasiya reyestri vahid forma, metod və prinsiplər əsasında aparılır,
kağız və elektron daşıyıcılarda
tərtib edilir.
2.5. Kağız və elektron daşıyıcılardakı
qeydlər arasında ziddiyyət olduqda, kağız daşıyıcılarda
olan qeydlər üstün qüvvəyə
malik olur.
2.6. Mediasiya reyestri illər üzrə və Azərbaycan Respublikasının hər
bir inzibati ərazi vahidi (rayon və ya şəhər)
üzrə aparılır.
2.7. Mediasiya reyestri informasiya ehtiyatıdır
və Mediasiya Şurası informasiya ehtiyatının mühafizəsini
və istifadəsini təmin edir.
2.8. Mediatorlar barədə aşağıdakı məlumatlar
reyestrə daxil edilir:
2.8.1. mediatorun adı,
soyadı, atasının
adı, vətəndaşlığı
və yaşayış
yeri;
2.8.2. mediatorun ilkin
hazırlıq üzrə
təlimi bitirməsini
təsdiq edən sertifikat barədə məlumat;
2.8.3. mediatorun ixtisasartırma
kursunu bitirməsini təsdiq edən sertifikat barədə məlumat;
2.8.4. mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması
və ya Mediasiya Şurasının
üzvlüyündən çıxarılması
barədə məlumat;
2.8.5. mediatorun intizam
məsuliyyətinə cəlb
edilməsi barədə
məlumat;
2.8.6. mediatorun vergi
ödəyicisinin eyniləşdirmə
nömrəsi;
2.8.7. mediatorun mediator kimi fəaliyyət göstərdiyi müddət;
2.8.8. xarici ölkələrdə
əldə edilmiş
iş təcrübəsinin
və ya sertifikatın tanınması
barədə məlumat;
2.8.9. mediatorla əlaqə
üçün məlumatlar
(telefon nömrəsi,
olduqda elektron poçt ünvanı).
2.9. Mediatorun intizam məsuliyyətinə cəlb
edilməsi barədə
məlumat mediasiya reyestrinə daxil edildiyi gündən 6 (altı) ay müddətində
reyestrdə saxlanılır.
2.10. Mediasiya təşkilatları
və mediasiya təlimi qurumları (bundan sonra – qurum) ilə bağlı aşağıdakı
məlumatlar reyestrə
daxil edilir:
2.10.1. qurumun adı;
2.10.2. qurumun hüquqi
ünvanı (daimi fəaliyyət göstərən
orqanının yerləşdiyi
yer);
2.10.3. qurumun təşkilati-hüquqi
forması;
2.10.4. vergi ödəyicisinin
eyniləşdirmə nömrəsi
(kommersiya qurumları və publik hüquqi şəxslər
üçün), həmçinin
qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi;
2.10.5. mediasiya fəaliyyəti
göstərdiyi müddət;
2.10.6. Azərbaycan Respublikasının
ərazisində və
ya onun hüdudlarından
kənarda yaratdığı
qurumlarının olduğu
yer və təşkilati-hüquqi forması;
2.10.7. mediasiya fəaliyyətini
həyata keçirmək
hüququnun dayandırılması
və ya Mediasiya Şurasının
üzvlüyündən çıxarılması
barədə məlumat;
2.10.8. qurumun hər
bir qanuni təmsilçisinin adı,
soyadı, atasının
adı, əlaqə üçün məlumatları
(telefon nömrəsi,
olduqda elektron poçt ünvanı).
2.11. Mediasiya fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması
və ya Mediasiya Şurasının
üzvlüyündən çıxarılması
barədə məlumatlar
bu barədə qərar qüvvəyə
mindiyi tarixdən reyestrə daxil edilir.
2.12. Mediasiya təşkilatları,
mediatorlar və mediasiya təlimi qurumları mediasiya reyestrində onlar barədə olan məlumatlarda baş vermiş dəyişikliklər
barədə 30 gün
müddətində Mediasiya
Şurasına məlumat
verməlidirlər. Mediasiya Şurası
həmin dəyişikliklər
barədə məlumat
daxil olduqdan sonra dəyişiklikləri
reyestrə daxil edir.
2.13. Mediatorlar, mediasiya təşkilatları və
mediasiya təlimi qurumlarının nümayəndələri
onlar barədə reyestrə daxil edilmiş məlumatlarda çatışmazlıqlar aşkar
etdikdə, müvafiq düzəlişlərin edilməsi
üçün Mediasiya
Şurasına ərizə
ilə müraciət
edə bilərlər.
3. Xarici ölkələrdə
əldə edilmiş
iş təcrübəsinin
və ya sertifikatların tanınması
3.1. Xarici ölkələrdə
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun
14.5.1.1‒14.5.1.3-cü maddələrinə
uyğun olaraq əldə edilmiş iş təcrübəsini
təsdiq edən sənəd və ya sertifikatın Azərbaycan dilinə tərcüməsi notarial
qaydada təsdiq edildikdən sonra Mediasiya Şurasına təqdim edilir.
3.2. Mediasiya Şurası həmin sənədlər
əsasında xaricdə
əldə edilmiş
iş təcrübəsi
və ya sertifikatın tanınması
haqqında qərar qəbul edir.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti.- 2019.-
8 sentyabr.- S.2.