Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər KabinetininGömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələr üzrə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” 2008-ci il 23 oktyabr tarixli 252-31 nömrəli və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 oktyabr tarixli 315-15 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 17 may tarixli 224-18 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” 2019-cu il 11 aprel tarixli 156-6 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 393

  Bakı şəhəri, 6 sentyabr 2019-cu il

 

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1251 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən gömrük orqanları və təşkilatlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğləri” təsdiq edilsin

(3 nömrəli əlavə).

4. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan dövlət büdcəsi vəsaiti hesabına saxlanılmayan gömrük orqanları və təşkilatlarında xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləği bu Qərarın əlavələrində göstərilən aylıq vəzifə (tarif) maaşlarının məbləği səviyyəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilir.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artımı ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2019-cu ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirsin.

6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərini müəyyən etsin.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar olaraq bu Qərarın 1-ci hissəsində qeyd olunmuş xüsusi rütbəsi olan əməkdaşlarının əmək pensiyalarının qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən hesablanmasını və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanunu ilə bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etsin.

8. Gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələr üzrə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 oktyabr tarixli 252-31 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilsin.

9. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 oktyabr tarixli 315-15 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 17 may tarixli 224-18 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 156-6 nömrəli Qərarının 1-ci və 2-ci hissələri ləğv edilsin.

10. Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

  

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 10 sentyabr.- S.2.