“Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 fevral tarixli 26 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

¹ 395        

         Bakı şəhəri, 6 sentyabr 2019-cu il

 

“Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1261 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının  Nazirlər Kabineti qərara alır:

1. “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 fevral tarixli 26 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 2, maddə 330, ¹ 3, maddə 613, ¹ 12 (II kitab), maddə 2741) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-cı hissəsində “550”, “495”, “440” rəqəmləri müvafiq olaraq “660”, “595”, “530” rəqəmləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:

“6-1. Dövlət peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin, baş ustaların və istehsalat təlimi ustalarının aylıq vəzifə maaşı müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, baş ustaların və istehsalat təlimi ustalarının aylıq vəzifə maaşından 25 faiz aşağı, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşı müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşından 10 faiz aşağı müəyyən edilsin.”;

1.3. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);

1.4. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış baş ustaların aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);

1.5. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış istehsalat təlimi ustalarının aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);

1.6. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);

1.7. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 11 sentyabr.- S.4.