“Dövlət
ümumi təhsil müəssisələrində
çalışan bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılan müəllimlərin, həmin müəssisələrin
direktor və direktor
müavinlərinin vəzifə maaşları sxeminin
və məbləğlərinin, vəzifə
maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli
Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 396
Bakı şəhəri, 6 sentyabr
2019-cu il
“Dövlət ümumi təhsil müəssisələrində
çalışan bilik
və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi
aparılan müəllimlərin
əməkhaqqının artırılması
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 18 iyun tarixli 1259 nömrəli Sərəncamının 2.2-ci bəndinin
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Dövlət ümumi təhsil müəssisələrində
çalışan bilik
və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi
aparılan müəllimlərin,
həmin müəssisələrin
direktor və direktor müavinlərinin vəzifə maaşları
sxeminin və məbləğlərinin, vəzifə
maaşlarına əlavələrin
məbləğlərinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2016-cı il 11 iyul tarixli 270 nömrəli Qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 7, maddə
1349; 2018, ¹ 3, maddə 612, ¹ 11, maddə 2432; 2019, ¹ 4, maddə
750) aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:
“4-1. Dövlət ümumi təhsil müəssisələrində
çalışan bilik
və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi
aparılmamış müəllimlərin
aylıq vəzifə
maaşı bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi
aparılmış müəllimlərin
aylıq vəzifə
maaşından 25 faiz
aşağı, bilik
və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi
aparılmamış gənclərin
çağırışaqədərki hazırlığı rəhbərlərinin
aylıq vəzifə
maaşı isə bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi
aparılmış gənclərin
çağırışaqədərki hazırlığı rəhbərlərinin
aylıq vəzifə
maaşından 10 faiz
aşağı müəyyən
edilsin.”;
1.2. həmin Qərarla
təsdiq edilmiş 1 nömrəli əlavə
- “Dövlət ümumi
təhsil müəssisələrində
çalışan bilik
və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi
aparılan müəllimlərin
aylıq vəzifə
maaşlarının sxemi”
yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);
1.3. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar 2019-cu il
sentyabrın 1-dən tətbiq
edilir.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti.- 2019.-
11 sentyabr.- S.4.