Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin
xüsusi rütbəsi olan
əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə
(tarif) maaşlarının və xüsusi rütbəsi olan
əməkdaşlarının vəzifə maaşlarına xüsusi
rütbəyə görə əlavə
haqqın məbləğlərinin təsdiq edilməsi, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin
xüsusi rütbəsi olan
əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin vəzifə (tarif) maaşlarının
məbləğlərinin müəyyən edilməsi
haqqında” 2018-ñi il 12 aprel
tarixli 146-9 nömrəli və “Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin
xüsusi rütbəsi olan
işçilərinin vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə
haqqın məbləği”nin təsdiq edilməsi
haqqında” 2010-cu il 4 iyun
tarixli 106-6 nömrəli qərarlarının
ləğv edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 403
Bakı şəhəri,
10 sentyabr 2019-cu il
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1250 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləğləri” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə əlaqədar cari ilin sonunadək tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2019-cu ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirsin.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq pul təminatının artırılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının əmək pensiyalarının qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən hesablanmasını və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununda bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etsin.
5. “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin vəzifə (tarif) maaşlarının məbləğlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ñi il 12 aprel tarixli 146-9 nömrəli Qərarı ləğv edilsin.
6. “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan işçilərinin vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləği”nin təsdiq edilməsi haqqında” Azərbayñan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 106-6 nömrəli Qərarı ləğv edilsin.
7. Bu Qərar 2019-cu il
sentyabrın 1-dən tətbiq
edilir.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti.- 2019.-
12 sentyabr.- S.2.